0



Düzgün Soyuducu İlə Məktəbə Rahat Hazırlaşın

Dərs ilinin başlanğıcı ilə birlikdə ailələr üçün ən böyük çətinliklərdən biri də səhəri stressiz, rahat şəkildə keçirmək və hər şeyi çatdırmaqdır. Səhər yeməyi hazırlamaq, uşaqların nahar qutularını doldurmaq və eyni zamanda vaxtında məktəbə çatmaq çox vaxt yorucu ola bilir. Lakin, narahat olmağa dəyməz, ağıllı soyuducular bu prosesi sadələşdirməyə hazırdıq.

Məsələn, planlı ərzaq siyahısı ilə əvvəlcədən menyu hazırlaya bilərsiniz. Ağıllı soyuducuların ekranı və xüsusi tətbiqi vasitəsilə həftəlik menyu planını tərtib etmək mümkündür. Beləliklə, səhərlər nə hazırlayacağınız barədə düşünməyə vaxt itirmirsiniz.

Avtomatik xatırlatmalar - soyuducu içərisində hansı məhsulun azaldığını və ya son istifadə tarixini xatırlatmaqla sizi vaxtında xəbərdar edir. Bu, məktəb səhərlərində "süd və ya yumurta qurtarıb" kimi sürprizlərin qarşısını alır.

Hazır qəlyanaltı bölməsi - soyuducuda xüsusi “uşaq rəfi” yaradın. Burada meyvə, yoqurt və ya su qabı kimi sağlam qəlyanaltıları yerləşdirin. Səhər tələsərkən, uşaqlar özləri qablarını götürüb çantalarına qoya bilərlər.

Sürətli soyutma rejimi - bəzi ağıllı soyuducularda içkiləri və ya yeməkləri qısa müddətdə soyudan sürətli rejim var. Birdən axşam nahar hazırlamağa vaxtınız olmayıbsa, səhər hazırlayıb nahar qutusuna qoya bilərsiniz. Bu kimi hallarda sürətli soyutma funksiyası çox əlverişlidir.

Enerji qənaəti ilə rahatlıq - ağıllı soyuducular enerjiyə qənaət etməklə yanaşı, içəridəki məhsulların təzəliyini daha uzun müddət qoruyur. Bu da həftəlik məktəb hazırlıqlarında əlavə rahatlıq yaradır.

Beləliklə, ağıllı soyuducu yalnız bir məişət texnikası deyil, həm də məktəb səhərlərini daha nizamlı və stresssiz edən köməkçidir. Kiçik vərdişlər və fəndlərlə həm uşaqlar, həm də valideynlər üçün gün daha asan başlayır.