0

Quraşdırılma xidmətləri VESTEL Mərkəzi tərəfindən həyata keçirilir.


Bütün Paltaryuyan, Paltarqurudan, Qabyuyan texnikalarının quraşdırılması xidməti VESTEL Mərkəzi tərəfindən həyata keçirilir.

At vero eos et accusamus

Əgər soyuducu mənzilin qapısından keçmirsə, soyuducunun qapısının sökülüb-yığılması və ya qapı istiqamətinin dəyişdirilməsi xidməti servis əməkdaşları tərəfindən həyata keçirilir və bu xidmət ilk dəfə üçün ödənişsizdir.
Soyuducu müştərinin ünvanına çatdırıldıqdan 6-8 saat sonra müştəri tərəfindən cərəyana qoşulmalıdır.
Paltaryuyan və qabyuyanların quraşdırılması üçün lazım olan arkokran və görülməli olan digər santexnik işləri müştəri tərəfindən təmin edilməlidir.

Bütün Kondisionerlərin quraşdırılması VESTEL Mərkəzi tərəfindən həyata keçirilir. Kondisioner quraşdırılması zamanı kran və ya digər qaldırıcı texnikaya ehtiyac yaranarsa, bu, müştəri tərəfindən təmin olunmalıdır. Müştəri texnikanı təmin edə bilmədiyi hallarda ödənişli xidmət olaraq servisin imkanlarından istifadə edilə bilər.

Soba, aspirator, qazüstü kimi məhsullar servis tərəfindən quraşdırılmır. Servisin nümayəndəsi bu məhsulların istismar qaydalarını izah etmək və zəmanət talonunu doldurmaq üçün müştərinin ünvanına gedir. Qazla işləyən cihazlarda (qaz üstü, qaz plitəsi, qaz sobası, qaz qızdırıcıları və s.) qaz xəttinə qaz tənzimləyicisinin (reduktorun) quraşdırılması mütləqdir, əks halda məhsula zəmanət verilmir.
Kombilər və su qızdırıcıları müştəri tərəfindən quraşdırılmalıdır. Kombilər və qızdırıcılar müştəri tərəfindən quraşdırıldıqdan sonra VESTEL Mərkəzinə məlumat verilir və VESTEL Mərkəzi məhsulun markasına uyğun olaraq aidiyyatı Servis nümayəndəsini məhsula baxış keçirib, zəmanət verilməsi üçün müştəriyə yönləndirir. Rəsmi Servis tərəfindən kombi məhsullarına "Start" verilməsi və zəmanət yazılması xidməti ödənişlidir.
Bütün məhsullar quraşdırılmazdan əvvəl elektrik cərəyanı müştəri tərəfindən tənzimlənməlidir.

At vero eos et accusamus

Qeyd!

Online vasitəsilə (vestel.az saytından) alış-veriş edən zaman məbləğindən asılı olmayaraq, bütün məhsullar müştəri ünvanına PULSUZ ÇATDIRILIR.