0



Nahar Qutularından Su Qabına Qədər: Şagirdlər Üçün Qabyuyan Maşında Yuyula Bilən Əşyalar

Yeni dərs ilinə hazırlıq zamanı valideynlərin diqqət yetirdiyi əsas məsələlərdən biri də gündəlik istifadə edilən məktəb ləvazimatlarının gigiyenik cəhətdən təmiz olmasıdır. Xüsusilə də nahar qutuları, su qabları və digər gündəlik əşyaların tez və asan təmizlənməsi həm uşaqların sağlamlığı, həm də valideynlərin vaxtına qənaət baxımından çox vacibdir.

Alış-veriş edərkən, tövsiyə edirik ki, qabyuyan maşında yuyula bilən əşyaları seçin.

  • Gigiyena: Yüksək temperaturda yuyulma bakteriyaları və mikrobları aradan qaldırır.
  • Vaxta qənaət: Əl ilə yumağa ehtiyac olmadan gündəlik əşyalar saniyələr içində təmizlənir.
  • Davamlılıq: Keyfiyyətli və qabyuyan maşına uyğun materialdan hazırlanan əşyalar uzun müddət istifadə olunur.

Şagirdlər üçün qabyuyan maşında yuyula bilən əsas əşyalar

  • Nahar qutuları: Şüşə və ya paslanmayan poladdan hazırlanan qutular yeməklərin həm təzə qalmasına, həm də asan yuyulmasına imkan yaradır.
  • Su qabları: Temperaturu saxlayan və ya sadə plastik qabların qabyuyan maşına uyğun variantları gündəlik istifadədə böyük rahatlıq yaradır.
  • Meyvə və qəlyanaltı qabları: Kiçik ölçülü, bölməli qablar uşaqların sağlam qidalanması üçün mükəmməl seçimdir.
  • Qaşıq-çəngəl: Şagirdlərin nahar üçün istifadə etdiyi hər bir kiçik əşyanın maşında yuyula bilməsi valideynlər üçün əlavə üstünlükdür.

Dərs ili boyu həm uşaqların sağlamlığını qorumaq, həm də valideynlərin işini asanlaşdırmaq üçün qabyuyan maşında yuyula bilən məktəb ləvazimatlarına üstünlük vermək vacibdir. Bu cür seçimlər gündəlik həyatı sadələşdirir, gigiyenanı təmin edir və vaxtınıza qənaət edir. Vestel uşaqların sağlamlığına xüsusui diqqət yetirdiyi üçün yüksək temperaturda qabları yuyaraq, onların gigiyenik təmizliyini təmin edir.