0



Çimərlik Üçün Tez və Asan Hazırlanan Qəlyanaltı İdeyaları

Dəniz kənarında yeməyin xüsusi bir ləzzəti var — günəş, meh və dalğaların səsi hər şeyi daha dadlı edir. Amma istirahət zamanı çoxlu qab-qacaq və çətin reseptlərlə məşğul olmağa nə vaxt, nə də istək olur.

Ona görə də sizə çimərlik üçün hazırlanması asan, dadlı və özünüzlə rahat götürə biləcəyiniz qəlyanaltı ideyaları təqdim edirik!

Mini sendviç şişləri

Mini çörək dilimləri, pendir, hinduşka əti, çerri pomidor və doğranmış xiyarı növbə ilə şişə düzün. Əminik ki, bu rəngarəng qəlyanaltını uşaqlar da bəyənəcək.

Meyvə salatı

Qarpız, ananas, üzüm və giləmeyvələri doğrayıb kiçik qablara yığın. Üzərinə bir az laym suyu və şəkər tozu səpərək xüsusi bir fərqlilik də əlavə edə bilərsiniz.

Özəl qəlyanaltı qutuları

Böyüklər üçün “lunchbox” kimi düşünün: pendir kubları, qoz-fındıq, zeytun, krakerlər və quru meyvələri qarışdırın. Zülal baxımından zəngin və ləzzətlidir.

Popkorn qarışığı

Partladılmış popkorna bir az kraker, quru meyvə və tünd şokolad parçaları əlavə edin — yüngül, dadlı və doyurucudur.

 

Enerji topları

Yulaf, fıstıq yağı, bal və mini şokolad parçalarını qarışdırıb kiçik toplar halına salın. Soyuducuda saxlayın — həm enerjili, həm də əriyib əlinizi batırmayan qəlyanaltıdır.

Tərəvəz qutuları

Kök, bibər, xiyar və noxud çubuqlarını paketləyin və yanında humus və ya qatıq əsaslı sousla təqdim edin. Həm ləziz, həm də sağlam qida!

Vestel LightFry ilə hazırlanan “Tərəvəzli mini toplar”

Tərkibi:

·        2 ədəd orta ölçülü bişmiş kartof

·        1/2 stəkan rəndələnmiş yerkökü

·        1/2 stəkan doğranmış ispanaq və ya cəfəri

·        2 x.q. qızardılmış pendir (feta və ya kaşar)

·        2 x.q. qarabaşaq unu və ya normal un

·        1/2 ç.q. duz

·        1/4 ç.q. qara istiot

·        İstəyə görə ədviyyatlar: sarıkök, qırmızı bibər

·        Üzərinə səpmək üçün küncüt

Hazırlanma qaydası:

Bişmiş kartofu əzib püre halına gətirin. Üzərinə doğranmış tərəvəzləri, pendiri, unu və ədviyyatları əlavə edib yaxşıca qarışdırın. Alınan qarışıqdan kiçik toplar düzəldin və hər topu küncütlə bəzəyin. LightFry 180°C-də qızdırın və topları içəri yerləşdirin. Təxminən 12–15 dəqiqə bişirin (üstü qızaranadək).

Çimərliyə hazırlaşanlar üçün əlavə məsləhətimiz də var. Su şüşələrini və ya meyvə şirəsi paketlərini bir gecə əvvəlcədən dondurun. Onlar həm soyuducuda digər qidaları sərin saxlayacaq, həm də tədricən əridikcə içməyə hazır olacaq.

Bu sadə ideyalarla çimərlik gününüz həm rahat, həm də dadlı keçəcək. Ailəvi istirahət üçün və ya tək səyahət zamanı bu qəlyanaltılar sizi ac qalmağa qoymayacaq. Nuş olsun!