0

Sevgililər Günündə tək olsanız da bu günü gözəl keçirə bilərsiniz! Bunun üçün özünüzə Vestel LightFry ilə ləzzətli süfrə açın! Sizin üçün asan və ləziz reseptlər seçmişik.



Tərəvəzli toyuq sote

½ ədəd toyuq filesi (100 qr)

½ ədəd soğan

2 diş sarımsaq (əzilmiş)

1 ədəd çarliston bibər

1 ədəd qırmızı bibər

½ ədəd kabak

4 ədəd cherry pomidor

1 çay qaşığı kəklikotu

½ çay qaşığı duz

½ çay qaşığı istiot

3 xörək qaşığı zeytun yağı

Toyuq və tərəvəzləri orta ölçülü kub şəklində doğrayın və dərin bir qabda ədviyyatlar və zeytun yağı ilə qarışdırın. Vestel LightFry-da toyuq rejimini seçin və 3 dəqiqə isinməsini gözləyin. Toyuq və tərəvəzləri xüsusi qızdırılan qabda bir təbəqəyə yerləşdirin və bişirmə prosesinə başlayın. Hər 2-3 dəqiqədən bir qabı çıxarıb silkələyin və inqrediyentləri çevirin. Toyuq və tərəvəzlər qızarana qədər təxminən 12 dəqiqə bu prosesi davam etdirin. Nuş olsun!

Xırçıldayan toyuq dilimləri

1 ədəd toyuq filesi (200 qr)

1 ədəd yumurta

½ stəkan un

½ stəkan suxari

1 çay qaşığı duz

1 çay qaşığı istiot

3 xörək qaşığı duru yağ Toyuq filesini 1 sm qalınlığında zolaqlar şəklində kəsin.Yumurtanı, unu, suxarini müxtəlif qablara qoyun və hamısına azca duz və istiot əlavə edin.Hər bir tərkib hissəsini öz qabında qarışdırın. Toyuq dilimlərini əvvəlcə yumurtaya, sonra una, sonra yenidən yumurtaya və nəhayət suxariyə salın.Vestel LightFry-da toyuq rejimini seçin və 3 dəqiqə isinməsini gözləyin. Bişirmə qabını bir fırça ilə yağlayın və toyuq dilimlərini yerləşdirin. Toyuqları yağlayın və bişirmə prosesinə başlayın. Hər 2-3 dəqiqədən bir qabı çıxarın və toyuqları silkələyib çevirin. Toyuq dilimləri qızarana qədər prosesi təxminən 8 dəqiqə davam etdirin. Nuş olsun!

Bananlı şokoladlı maffin

1 ədəd yumurta

½ stəkan şəkər

½ stəkan duru yağ

½ stəkan süd

1 stəkan un

1 çay qaşığı qabartma tozu

1 çay qaşığı vanilin

1 xörək qaşığı kakao

2 xörək qaşığı su

1 ədəd banan (əzilmiş)

7 çay qaşığı şokolad yağı

Vestel LightFry-da keks rejimini seçin və gözləyin isinsin. Dərin bir qabda şəkər və yumurtanı qarışdırın. Alınan qarışığa yağ, əzilmiş banan, su və südü əlavə edib qarışdırın.Sonra un, qabartma tozu, vanilin və kakao əlavə edin. Spatula istifadə edərək onları qarışdırın. Qarışımı kiçik maffin qəliblərinin yarısına qədər doldurun. Hər birinə bir çay qaşığı şokolad yağı əlavə edin. Qəliblərdə bir az boşluq qoyaraq yenidən qarışımı əlavə edin. Maffin qəliblərini Vestel LightFry xüsusi bişirmə qabına yerləşdirin. Vaxt düyməsini 18 dəqiqədə təyin edin. Bişirmə vaxtı bitdikdən sonra maffinlərin içinə diş çubuğunu salaraq bişməsini yoxlayın. Maffinləri qabdan çıxarın və otaq istiliyinə çatdıqda üzərinə şəkər tozu səpin.

Nuş olsun!