0

Təravətli ərzaqlarla Vestel-də yenilik tam sənlik

Ərzaqları daha üzünömürlü və təzə formada saxlamaq isti günlərdə bizə ən çox lazım olan xüsusiyyətlərdən ola bilər. Əks halda xoşagəlməz dada malik olan qidalarla sağlamığımıza zərər yetirmiş olacağıq. Buna görə də Vacuumbag texnologiyası ərzaqlarınıza təzəliyi 8 dəfə daha çox qoruma və təravət hissini bəxş edəcək. Bu proses oksigenlə təmasın qarşısını almaqla və xarab olmuş orqanizmlərin, mikrobların sayını azaltmaqla baş verir. Bundan başqa, xoşagəlməz qoxuların qarşısını alır. Onu da qeyd edək ki, məhsul sınaqdan keçirilmiş və laboratoriya sertifikatını qazanmışdır. Vacuumbag texnologiyası ilə ərzaqlarınız həmişə təzə olsun!


Əyləncəli anlar üçün Vestel-də yenilik tam sənlik!

Gün ərzində sevdiyimiz, daima izləmək istədiyimiz filmlər, seriallar bəzən elə çox olur ki, izləməyə vaxt çatdıra bilmirik. Və ya ailədə hər kəs fərqli filmlərə, verilişlərə, seriallara baxmaq istəyir ki, bu da kiçik mübahisələrə səbəb olur. Amma Vestel Google TV ilə bunların hamısını bir ekranda izləyə biləcəyik. Netflix, Disney +, Amazon məhsullarını, eyni həyəcanla, eyni emosiyalarla, cəmi bir ekranda izləməyi sizin üçün real edirik. Burada hətta uşaqların maraq dairəsinə uyğun, seçilmiş cizgi filmləri, verilişlər, filmlər də ailənizin rahatlığı üçün təmin olunub. Sizə və ailənizə Google TV ilə xoş və yaddaqalan anlar yaşamağı arzu edirik! Vestel-də yeniliklər tam da sizə görədir!