0



Yaz meyvələri ilə enerjini bərpa et!

Qoxusu, rəngləri və dadı ilə seçilən yaz meyvələri təbiətin oyandığı və yeniləndiyi mövsümün əvəzolunmaz ləzzətləridir. Həm faydalı, həm də dadlı olan bu meyvələr qışın soyuğundan sonra ruhun əsl dərmanıdır. Orqanizminə lazım olan vitaminləri və enerjini sağlam və ləzzətli meyvələrdən necə əldə edəcəyini öyrənmək üçün bloqumuzu oxumağa davam et.


Bu meyvələrin nə kimi faydaları var?

Şaxtalı və soyuq qışdan sonra qidalanmamıza rəng qatan yaz meyvələri həm də vitaminlər ilə zəngindir. Onlar enerjini bərpa edir və ən vacibi bədəni toksinlərdən azad edir.

İlk olaraq gəlişi ilə xoşbəxtlik gətirən çiyələkdən danışaq. Çiyələk kalsium, folik turşu, fosfor, dəmir kimi mineralla yanaşı, orqanizmi A, C və B vitaminləri ilə də təmin edir.

Alqırmızı rəngi, şirin qoxusu və damaqda qalan dadı ilə dondurma və smuzilər üçün çox uyğundur.

Can əriyi, mürdüm əriyi, papa əriyi kimi növləri olan ərik kalium, fosfor, maqnezium, dəmir, A, B və C vitaminləri ilə zəngindir. Bu dadlı meyvə bədənə enerji verir, iştahı açır, qanı artırır və həzmi asanlaşdırır.

Aspirindən onqat güclü olan albalı çox güclü ağrıkəsicidir. Qıpqırmızı rəngi insana enerji verir, xolesterolu və qan şəkərini aşağı salır və üzdə yaranan sızanaqları aradan qaldırır.

İmmunitet dostu şaftalı A, C vitaminləri və kalium ilə zəngindir. Şaftalı bu yaz öz ləzzəti ilə şirniyyat və desertlərinizə də dad qatmağa namizəddir.


Yaz meyvələrindən ləziz smuzi.

Ləzzətli yaz meyvələri ilə smuzi hazırlayıb yazın gəlişini qeyd etməyə necə baxırsınız? Bizə aşağıdakı məhsullar lazım olacaq:

1 şaftalı

10-15 çiyələk

Limonlu mineral su və ya Sprite Zero

6 buz parçası

Şaftalını və çiyələkləri blenderdən keçirin. Daha sonra üzərinə mineral su və buz əlavə edin, yarım dəqiqə qarışdırın. Smuzimiz hazırdır. Nuş olsun!


Vestel ilə sevdiyin meyvələr uzun müddət təravətli qalsın!

A+ enerji sistemi və Fresh Zone texnologiyası ilə Vestel NFC691EX ( https://vestel.az/boyuk-meishet/soyuducular/Soyuducu-Vestel-NFC691EX-A) və Vestel NFC655EDX (https://vestel.az/boyuk-meishet/soyuducular/Soyuducu-Vestel-NFC655EDX-A-Ion) sevimli yaz meyvələrinin ömrünü uzadacaq.