0


                                   Yayın sevimlisi - asan yemək reseptləri

Təzə meyvə və tərəvəzin bol olduğu fəsildə pomidorun qırmızısı, göyərtilərin qoxusu adama lap gəl-gəl deyir. Amma dəniz, istirahət, dostlarla görüş, təmiz havada gəzmək deyə-deyə, bu qədər planın içində yemək hazırlamağa vaxt tapmaq çətin olur. Buna görə sənin üçün seçdiyimiz minimum vaxt tələb edən ləzzətli yemək reseptləri ilə tanış olmağa hazırsan?


Əcəbsəndəl


Bir çox növü olan Əcəbsəndəlin hazırlanması çox asandır. Yeməyi tərəvəzləri pörtlədədərək, tavada qızardaraq və ya manqalda bişirə bilərsən. Bunun üçün sənə lazımdır:

- Təzə keşniş – ½ dəstə;

- Badımcan – 500 q;

- Şirin bibər – 500 q;

- Pomidor – 500 q;

- Reyhan yarpaqları – ½ dəstə;

- Sarımsaq – 2 diş;

- Ağ soğan – 1 ədəd;

- İstəyə görə duz;

- İstəyə görə üyüdülmüş qara bibər.


Hazırlanması;

Badımcanı kublar şəklində doğrayıb duz əlavə et və soyuq suda gözlət. Bu müddət ərzində soğanı və qabığı soyulmuş pomidoru kub şəklində, bibərləri isə jülyen doğra. Xırda doğranmış keşniş və sarımsağı pomidor ilə qarışdır. Badımcanı qızğın günəbaxan yağında qızart, daha sonra kənara qoy. Həmin tavada soğanları bişir, qızarandan sonra üzərinə bibərləri əlavə edib yumşaq olana qədər aşağı odda bişirməyə davam et. Qızarmış tərəvəzlərin üzərinə pomidorlu qarışığı töküb ədviyyatları əlavə et və aşağı odda bir az da bişməyini gözlə. Üzərinə doğradığın reyhan ilə servisə hazırdır, nuş olsun!


Sobada bişmiş gavalılı toyuq



İndi isə mövsümi məhsullardan qeyri-adi bir şey hazırlayaq. Narahat olma, bu maksimum bir saatını alacaq və iddia edirik, bu yeməyin dadından doymaq olmur. Lazım olan ərzaqlar:

- Toyuq budu – 6 əd;

-Qırmızı gavalı – 1 kq;

- Portağal şirəsi – 500 ml;

- Zeytun yağı – 50 ml;

- Duz – istəyə görə;

- Üyüdülmüş qara istiot – istəyə görə;

- Üyüdülmüş zəncəfil – istəyə görə;

-Sarımsaq – 6 diş.


Hazırlanması;

Bu yeməyi hazırlamaq üçün axşamdan toyuğu portağal şirəsi, qurudulmuş üyüdülmüş zəncəfil, qara istiot, əzilmiş sarımsaq və duz ilə qarışdır və soyuducuya yerləşdir. Axşam evə ac qayıdanda sənə bu qarışımı soyuducudan çıxarıb sobaya qoymaq qalır. Toyuğu marinad etdiyin şirə və yağı qarışdırıb üzərinə əlavə etməyi də unutma, o yeməyə ləzzət verən sousa çevriləcək. Son olaraq yarıya böldüyün gavalıları toyuğun üzərinə yerləşdir, 180 dərəcədə qızdırılmış sobada bişməyini gözlə. Hazır olan kimi masaya gətir və günün yorğunluğunu bu yeməklə unut.


Mətbəxdə ən böyük köməkçin Vestel olacaq!

Sən ərzaqları Vestel BO-8695X sobaya yerləşdir və dincəlməyə davam et, nahar hazır olanda o sənə xəbər verəcək.

Məhsul ilə tanış olmaq üçün linkə kliklə:


https://vestel.az/Soba-Vestel-BO-8695X