0

Vestel-də yenilik tam sənlik!


Evinizin hər yerində Vestel texnologiyasını hiss edə bilməniz üçün yenilənmiş məhsul çeşidi ilə həm gigiyena, həm də rahatlığı təmin etmək üçün zövqünüzə uyğun, tam sizlik məhsullarımızı təqdim etmək istəyirik.

Xoş mütaliələr!


Yay aylarında, isti günlərdə ərzaqları və içkilərimizi daha sərin və uzunmüddətli saxlamağa xüsusilə ehtiyac duyulur.

Bu həm qidalarımızı daha dadlı, həm də daha sərin formada qəbul etmək istəyimizdən yaranır.

Eyni zamanda soyuducunun qapısını açarkən təravətlə qarşılaşmaq istəyirik.

Vestel soyuducularında olan Crystalight texnologiyası vasitəsilə qidalarınız hər zaman təzə və sərin qalacaq.

Bu texnologiya qoxuları qarışdırmır, toxunuşla idarəetmə paneli və daxili led işığı təmin edir və təmiz hava texnologiyası ilə ərzaqları daha təmiz və təravətli saxlayır.

Hər birinizə daima sağlam qidalanma arzu edirik!


Bəs geyimlərimizlə nə etməli?

Həyatımızın hər bir anında sağlam yaşamaq, mikroblardan, bakteriyalardan uzaq qalmaq ehtiyacı duyuruq.

Bunun üçün nəzərə almalı olduğumuz nüanslardan biri də geyimlərimizdir, çünki bakteriyaların bir hissəsi də məhz təmiz olmayan geyimlərimiz vasitəsilə keçə bilir.

Vestel paltaryuyanları Crystalight texnologiyası sayəsində həm sizə, həm də ailənizə evdə gigiyena bəxş edəcək və sizi 99,99% bakteriyadan uzaq tutacaq.

Bununla yanaşı, xüsusi gigiyena və təravətləndirmə proqramı ilə paltarlarınızı hər zaman təravətli və ilk günkü kimi saxlayacaq.


Qablarımızı da təmiz saxlamaq lazımdır.

Gigiyena qaydalarına təkcə təmiz geyimlərimizlə və təravətli ərzaqlarımızla deyil, həm də təmiz yuyulmuş qab-qacaqlarla riayət etməyimiz vacibdir.

Araşdırmalara görə bədənimizə keçən mikrobların bir hissəsi də məhz təmiz yuyulmamış qablardan keçir. Bu problemlərə son qoymaq məqsədi ilə

Crystalight texnologiyasına malik Vestel qabyuyanları yuduğunuz bütün qablarda mükəmməl təmizlik və ekstra gigiyena yaradacaq. Bundan başqa, o, qablarda olan bakteriyaları 99,99%-ə qədər məhv edir, qoxunun və kifin qarşısını alır.

Ailəmizə, qonaqlarımıza yemək hazırlayarkən istədiyimiz təmizliyə malik, gözoxşayan qablardan istifadə etməkdən daha yaxşı nə ola bilər ki? Yeni texnologiyalara məxsus məhsullarımız sizin istəklərinizə uyğun olaraq hazırlanıb.

Çünkü Vestel-də yenilik tam da sizlikdir!