0

Vestel Crystalight Texnologiyası


Texnologiya gündəlik həyatımızı daha rahat, səmərəli və zövqlü etmək üçün daim inkişaf edir. Vestel bu inkişafları Crystalight texnologiyası ilə işıqlandırma dünyasına gətirir. Bu yazıda Vestel Crystalight texnologiyasının təcrübələrini araşdıracağıq.

Vestel Crystalight texnologiyası ailələrə daha sağlam və mükəmməl təmizlik bəxş edir. Qabyuyan, paltaryuyan və soyuducunuzda ekstra gigiyeniklik bəxş edir. Bakteriyalara 99,9999 % son qoyur, eyni zamanda qoxuların və kifin təsirini aradan qaldırır. Bu da ərzaqları daha təmiz və sağlam şəkildə qəbul etməyinizə şərait yaradır.

Vestel-lə təmiz geyimlər. Gigiyenada yeni mərhələyə hazır olun! Allergy safe texnologiyası Ailənizin geyimində təmizlik və təravət hissi yaradacaq. Bundan əlavə, bu təmizlik həm də bədəninizin və dərinizin sağlamlığını təmin edəcək. Xüsusi yeniləmə proqramı, baraban gigiyenik proqramı və 60°C ilə intensiv yuyulmanı təmin edəcək. Vestel Crystalight ilə eviniz daha təmizdir!

Vestel Crystalight texnologiyası uzunömürlülüyü bir addım da irəli aparır və bu keyfiyyət dünyasını məkanlarımıza gətirir. Estetik təcrübə təmin etməklə yanaşı, bizə müxtəlif atmosferlər yaratmaq azadlığı da verir. Həm enerjiyə qənaət edən, həm də estetik cəhətdən innovativ olan bu texnologiya məişət dünyasına yeni biçimdə bir keyfiyyət əlavə edir.


Ərzaqları uzunömürlü saxlamağın sirri

Ərzaqları uzunömürlü saxlamağın növbəti üsulu ilə tanış olmağa hazırsınız?


Crystalight texnologiyası bu üstünlüyə sahib olmağınız üçün bütün keyfiyyətləri sizin üçün əlçatan edir. O, xoşagəlməz qoxuları aradan qaldırır, gigiyenik təmizlik yaradır və ərzaqları ətraf mühitin zərərli qoxularından və mikrobundan qoruyur. Crystalight texnologiyası ilə ərzaqlarınız 95 % qoxulardan təmizlənmiş, təzə və təravətli olacaq.

Crystalight texnologiyası ilə parıldayan qablar

Hər birimizin evində qonaqlarımız mütləq ki, olur. Bizim üçün ən vacib nüanslardan biri də onları ürəyimiz istəyən kimi qarşılamaqdır. Bunun üçün də yeməkləri və içkiləri təqdim etdiyimiz qablar hər zaman təmiz olmaldır. Crystalight texnologiyası bu özəlliyi öz qabyuyanlarında əks etdirib və qonaqlarınızın, ailənizin üzünü güldürməyə hər zaman hazırdır. O, ultrabənövşəyi işıq texnologiyası ilə 99,9999 % bakteriyaları məhv edir və qablarda yaranan qoxu, kif kimi təsirlərin qarşısını alır. Crystalight texnologiyası ilə qonaqlarınızın və ailənizin üzü hər zaman güləcək!