0


                                    Uşaqlara balığı sevdirmək: nələri etməli, nələri etməməli

D vitamini, omeqa 3, kalsium və proteinlə zəngin balıq uşaqların inkişafı üçün əhəmiyyətli rol oynayır. Təəssüf ki, qoxusuna görə uşaqlar ondan uzaqlaşır.

Uşaqlara balığı kiçik oyunlar və əyləncəli fikirlərlə asanlıqla sevdirə bilərsən. Təklif etdiyimiz yaradıcı həlləri mütləq sınamalısan.


Erkən yaşda öyrəşdirmək

Həkim tövsiyəsi ilə mümkün qədər tez yaşda uşağı balığa öyrəşdirməyə çalış. İlk mərhələdə sümüksüz balıqlara üstünlük ver.


Kiçik porsiyalarla başlanması

Ən sevdiyi yeməyə hiss etməyəcəyi dərəcədə az və kiçik parçalar halında balıq əlavə et. Bu halda dada yavaş-yavaş öyrəşməyə başlayır, birbaşa rədd etmir.


Məcbur etməmək, sevdirmək

Uşaq balığı yemək istəmədiyi vaxt məcbur etmə. Əgər etsən, sərt reaksiya ilə qarşılaşa bilərsən və balıqdan tamamilə “küsə” bilər.


Birlikdə bişirmək

Doğramadan bişirməyə qədər bütün hissələrdə ondan kiçik yardımlar al. Bişirməyi oyuna çevirin: balıqlara adlar verin, hissələri birlikdə sayın və s.


Fərqli formada təqdim etmək

Üzərini fərqli tərəvəzlərlə bəzəyərək balığı gizlədə bilərsən. Görüntü maraqlı və rəngli olduqca uşaqda yemək istəyi oyadacaq.


İlk örnək ailə olmalıdır

Uşaqlar valideynləri təqlid etməyi sevirlər. Ana və atanı balıq yeyən zaman görən uşaq təbii şəkildə təkrarlamaq istəyəcək. Ona örnək olun.


Dostlarını daxil etmək

Balıq hazırladığın günü kiçik partiyə çevir və onun balıq sevən dostlarını dəvət et. Bir-birilərini təqlid edən uşaqlar boşqabdakı balığı tezliklə bitirmək istəyəcəklər.


Tam uşaqların sevdiyi formada balıq yeməkləri üçün Vestel sobalar köməyə çatar.


6 bişirmə proqramlı, dərin və dayaz tepsi seçimli  Vestel BO-7664B soba ilə tanışlıq üçün linkə daxil ol:

https://vestel.az/qurasdirilan/qura%C5%9Fd%C4%B1r%C4%B1lan-sobalar%20/Qurasdirilan-soba-Vestel-BO-7664B