0


Bu dəfə mövzumuz təmizliyin “olmazsa, olmaz”ı tozsoranlardır. Bizi istənməyən bütün kir və tozdan qurtaran, təmizliyin ilk təminatçısı tozsoranlar artıq xeyli inkişaf yolu keçib. Bu səbəbdən, seçim etmək günü-gündən daha da çətinləşir.

Evinizə və həyat şərtlərinizə uyğun modeli təyin etmək üçün bloqumuzu diqqətlə oxuyun.

Hazırsınızsa, başlaya bilərik.


Watt gücü

Doğru bilinən yanlışlardan biri tozsoranların Watt gücü barədədir. Yüksək Watt gücü yüksək sovuruculuq demək deyil. Bu, sadəcə olaraq motorun gücünü göstərir və enerji sərfiyyatı ilə əlaqədardır. Güc və perfomans kimi ayıraraq fərqi aydın şəkildə anlaya bilərik. Perfomansı öyrənmək üçün mütləq sovurma gücünə diqqət edilməlidir.


Səs səviyyəsi

Tozsoranın səs səviyyəsi də vacib məsələlərdəndir. Bəzi tozsoranlar o qədər yüksək səsə sahib olur ki, nəinki ev sahibini, hətta qonşuları belə narahat edir. İnsanı gərginləşdirən bu xoşagəlməz halın qarşısını almaq üçün tozsoran seçərkən səs səviyyəsinə mütləq fikir verməlisiniz.

Standart tozsoranların səs səviyyəsi 78 desibeldir. Vestel tozsoranlarında isə maksimum səs səviyyəsi 78 desibeldir. Bu səs səviyyəsi sizə uyğundursa, aşağıdakı linkə keçid edərək Vestel Mistral 3500 modelini nəzərdən keçirə bilərsiniz:

Məhsulla tanış olmaq üçün klikləyin.

Əgər daha səssiz modelə üstünlük verirsinizsə, sizə Vestel Tsunami A8100Vestel Alize 5000 modellərini tövsiyə edə bilərik.

Vestel Tsunami A8100 modelində səs səviyyəsi 71-75 desibel arasında dəyişir. Ən səssiz tozsoran modelimizin sizi cəlb edəcək bir çox xüsusiyyətləri var. Yaxından tanış olmaq üçün linkə keçid edə bilərsiniz:

Məhsulla tanış olmaq üçün klikləyin.

Vestel Alize 5000 modelində isə səs səviyyəsi 77 desibeldir. Torbalı model olan Vestel Alize ilə yaxından tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

Məhsulla tanış olmaq üçün klikləyin.


HEPA filtr

Son dövrlərdə adını tez-tez eşitdiyimiz HEPA filtrin sağlamlıq baxımından bir çox üstünlüyü var. Belə ki, bu filtrlər astma və allergiyası olan şəxslər üçün idealdır, çünki bu xəstəliklərin əlamətlərini artıracaq ən incə toz hissəciklərini belə özündə həbs edir, sizə rahat nəfəs almaq imkanı yaradır.

HEPA filtr 0.3 mikron ölçüsündəki hissəciklərin 99.97%-ini filtrləyir. Ev standartlarını düşündükdə bu xeyli yüksək rəqəmdir.

HEPA filtr də özündə bir neçə növə ayrılır. Rəqəmlər yüksəldikcə perfomans artır.

Vestel tozsoranları da son model HEPA filterlərlə təchiz olunub. HEPA 10 filtrli Vestel Mistral 3500, HEPA H13 filtrli Vestel Tsunami A8100 və ya HEPA H12 filtrli Vestel ALİZE 5000 modelindən sizə uyğun olanı seçmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

Məhsullarla tanış olmaq üçün klikləyin.


Toz torbalı, ya torbasız? Budur əsl sual!

Son illərdə toz torbasız tozsoranlar daha çox tələb görsə də, torbalı tozsoranlar da onlardan geri qalmır. Yardım üçün hər iki növün xüsusiyyətlərini qeyd edəcəyik.

Torba istifadəsi və təmizliyindən yorulmusunuzsa, seçiminizi torbasız modeldən tərəf edə bilərsiniz. Torbasız tozsoranlarda toz və kirin toplandığı hissəni özünüz təmizləməli olursunuz.

Torbalı tozsoranlarda isə istədiyiniz zaman torbanı yenisi ilə əvəzləyib təmizlikdən qurtula bilirsiniz.

Vestel tozsoranlarında həm torbalı, həm torbasız modellər var. Torbasız model istəyirsinizsə, Mistral 3500Vestel Tsunami A8100 tozsoranlarını, torbalı seçim sizə uyğundursa, Vestel ALİZE 5000 modelini gözdən keçirə bilərsiniz.


Toz toplayıcı tutumu

Toz toplama tutumu digər funksiyalar qədər nəzərə alınmasa da, önəmli mövzudur. Bu seçimi evinizin ölçüsünü nəzərə almaqla etməlisiniz.

Evinizin ölçüsü çox böyükdürsə, ancaq tozsoranın toz toplayıcısının tutumu azdırsa, torbanı bir neçə dəfə dəyişdirərək təmizliyə davam etməli olacaqsınız. Bu isə əlavə vaxt və enerji itkisinə səbəb olacaq.

Vestel sizə 2.2L, 3L və 3.5L toz toplayıcı tutumlu tozsoranlar təklif edir. Ehtiyacınıza uyğun olanı özünüz təyin edə bilərsiniz.


Qarantiya müddəti

Tozsoran uzunmüddətli istifadə üçün nəzərdə tutulan ev əşyalarındandır. Bu səbəbdən, seçim edərkən keyfiyyətli olması ilə bərabər qarantiya müddətinə də fikir verməlisiniz. Tozsoran alarkən minimum 1 illik qarantiya müddəti olması mütləqdir.

Sizə uyğun tozsoranı təyin etdinizsə, gecikmədən əldə edib həyatınızı rahatlaşdırmağa tələsin.