0

Vestel sobada 3 ərzaqla doyumlu səhər yeməyi

Bütün ailənin birlikdə olduğu səhər yeməkləri günün ən xoşbəxt saatlarıdır. Bu ləzzətli yeməkləri qısa müddətdə hazırlamaq isə hər kəsin arzusudur. Vestel soba ləzzətli yeməkləri sürətlə hazırlamaqda bir nömrəli yardımçınızdır.



Bu gün sizi 3 ərzaqla sobada hazırlanan, ləzzətli səhər yeməyi ilə tanış edəcəyik. Hazırsınızsa, başlayaq.


Ərzaqlar:

- 2 orta ölçülü kartof

- 3 yumurta

- 3 yemək qaşığı duru yağ

- Duz, istiot


Üzəri üçün:

- Holland pendiri


Hazırlanması:

1. Kartofları çox kiçik olmayacaq ölçüdə kub-kub doğrayın. Doğranmış kartofları soba qabının içərisinə töküb üzərinə duz və 3 qaşıq duru yağ əlavə edib yaxşıca qarışdırın. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada bişirin. Kartoflar bişdikdən sonra sobadan çıxarıb soyumasını gözləyin.

2. Başqa bir qabda 3 ədəd yumurtanı qırıb üzərinə duz və istiot əlavə edin. Yumurtaları kartofların üzərinə əlavə edib qarışdırın və əvvəlcədən 190 dərəcədə isitilmiş sobada bişirin.

3. Yumurta bişənə yaxın üzərinə holland pendiri rəndələyib yenidən sobaya yerləşdirin. Üzəri qızaranda artıq servisə hazırdır.Nuş olsun!


Vestel soba modellərilə tanışlıq üçün bu cümləyə klikləyə bilərsiniz.