0


SOYUDUCU ALANDA NƏYƏ DİQQƏT ETMƏLİ?


Qarşıdan isti günlər gəlir. İsti günlərdə isə ən çox ehtiyac duyduğumuz 2 məişət texnikası var:

• Soyuducu

• Kondisioner


Bu gün soyuduculardan danışacağıq. Daha doğrusu soyuducu seçərkən nələrə diqqət edilməsindən. Soyuducu seçərkən özümüzə verməli olduğumuz 7 sual var:

1. Solo, yoxsa ankastre?

Hər iki soyuducu tipinin özünəməxsus üstünlükləri var.

• Daha çox portativlik üçün solo doğru seçimdir.

• Mətbəxdə təmiz və kəsintisiz bir görüntüyə sahib olmaq istəyənlər üçün isə ankastre soyuducular idealdır. Seçiminizin hansı olursa olsun, ehtiyaclarınıza və seçiminizə uyğun soyuducuları Vestel-də tapa bilərsiniz.


2. Mətbəximizin ölçülərinə uyğun həcm hansıdır?

Yeni soyuducu seçməzdən əvvəl mətbəxdə hansı böyüklükdə boş yer olduğunu bilmək həyati önəm daşıyır. Xüsusən də soyuducunu konkret bir yerə sığışdırmaq lazımdırsa, bu amil daha da güclənir. Mətbəxi 0-dan formalaşdırmağı planlayırsınız? O zaman daha azad hərəkət imkanına sahibsiniz.


3. Nə qədər yemək saxlamaq potensialına ehtiyacımız var?

Ehtiyacınıza və istifadə vərdişinizə uyğun həcmdə soyuducu almağı tövsiyə edirik. Əgər tək yaşayırsınızsa, 54 sm və 70 sm genişliyində soyuducu tam sizə görədir. Yox, əgər 2 və daha çox uşaqlı bir ailə üçün soyuducu alırsınızsa, bu zaman daha geniş soyuducu mükəmməl seçimdir.


4. Dizayn və trend:

Zövqümüzü oxşayan model hansıdır? Mətbəxin döyünən ürəyi olmaqla yanaşı, alacağınız soyuducunu illərlə istifadə edəcəksiniz və hər zaman gözünüzün önündə olacaq.

Buna görə də göz zövqünüzə uyğun soyuducu seçmək çox önəmlidir. Rəng palitrası baxımdan ən çox üstünlük verilən İnox və ağ rəngdir. Fərqli göz zövqü üçün qara və ya retro rənglər də seçilə bilər.

Digər önəmli kriteriya isə dondurucu bölmənin altda, yoxsa yuxarıda olub-olmamasıdır. Nəzərə alın ki, soyuducunuz uzun illər sizin mətbəx yoldaşınız olacaq.


5. Hansı enerji sinfini seçməliyəm?

Soyuducu üçün xərclənən enerji, evdəki toplam elektrik istifadəsinin 10% ya 20%-ini təşkil edir. Enerji məhsuldarlığı yüksək model seçmək üçün daha yaxşı səbəbə ehtiyacınız var?

O zaman hansı enerji sinfini seçməli?

• A+++ ən üst səviyyə enerji sinfidir. Enerji sərfiyyatını azaltmaq üçün ən yaxşı seçimdir. A enerji sinfi ilə müqayisədə 60% daha qənaətcildir.

• A++ ev alətləri isə A enerji sinfinə nisbətən 40% daha qənaətcildir.

• A+ enerji sinfindəki soyuducular A enerji sinfinə nisbətdə 20% daha az enerji sərf edir.


6. Təmizlik və buzun əriməsi:

Nəyə diqqət etməli? Təmizlənməsi rahat soyuducu seçmək çox önəmlidir. Çıxarılan siyirtmələr və şüşə rəfli modelləri gözdən keçirin. Ayrıca olaraq Vestel soyuducularında içəridə mənfi qoxu yaranmasını önləyən, daima təmiz qalmasını təmin edən texnologiyalar mövcuddur. Buz əritmək mövzusuna gələndə isə günümüzdəki bir çox donduruculu soyuducuda NoFrost texnologiyasından istifadə edilir. NoFrost texnologiyası sayəsində soyuducuda buzlanma baş vermir. Buzun yaranmasını əngəlləmək üçün bu texnologiyaya güvənə bilərsiniz. Onunla zamanınıza qənaət edər, problemlə qarşılaşmazsınız.


7. Soyuducuda hansı qidaları saxlayacağam?


Ənənəvi bazarlığınızı düşünün. Tez xarab olan məhsulları hansı tezlikdə alırsınız?

Meyvə və tərəvəz: Ən çox sevdiyiniz meyvə-tərəvəzin daha uzun müddət təzə qalması üçün böyük məhsulları saxlamağa imkan verən saxlama bölməsini seçin.

Təzə balıq və ət: Asan xarab olan ət parçaları üçün 0°C bölməsi mükəmməldir.

Dondurulmuş qidalar: Potensialı yüksək dərin buzxanalı soyuducu seçsəniz, dondurulmuş qidalar uzun müddət marketdən aldığınız kimi qalacaq.

• İçkilər: İçkilər üçün xüsusi rəfi olan soyuducuları seçsəniz, yerdən də qənaət edəcəksiniz.


Ümid edirik ki, bu 7 cavabımız sizə soyuducu seçərkən faydalı olacaq. Yuxarıda toxunduğumuz 7 tələbin hər birinə cavab verən soyuducuları Vestel.az-dan əldə edə bilərsiniz.