0


                                   Ruhun qidası: Yoqa

Yoqa dedikdə ağıla nə gəlir? İlk fiziki sağlamlıq düşünülsə də əslində yoqa həm də zehnə yaxşı təsir edən bir idman və meditasiya metodudur. Yoqanın əsas məqsədi psixoloji, fizioloji sağlamlıq, təbiətlə harmoniya yarada bilməkdir. Buna görə də onunla məşğul olan insan cavan və gözəl qalır, psixoloqa və həkimə də daha az ehtiyacı olur. İndi yoqa haqqında qısa və maraqlı məlumatlar bölüşüb bu meditasiya növü barədə bilməli olduqlarını paylaşacağıq.

Yoqanın insan bədəninə xeyri

Hər kəsin zehnini, eyni zamanda bədənini dincəltməyə ehtiyacı var. Bunun üçün doğru metodlarla edilən yoqa sənin köməyinə çatacaq. Yoqanın ənənəvi idman növlərindən fərqi əzələləri şişirtməyib əksinə uzatmasıdır. Onunla məşğul olan şəxslərin bədənində incəlik və zəriflik müşahidə olunur. Yoqanı bu qədər önəmli edən xüsusiyyətlərdən biri də nəfəs məşqləridir. Bu meditasiya növü yanlış nəfəs almaq problemini aradan qaldırır.

Yoqa etmək yüksək enerji və gümrahlığa da yol açır. Yorğun günün sonunda yoqa edərək enerjini bərpa edə bilərsən. Bu müddət aralığında stresdən uzaqlaşaraq özünü sakit və rahat bir aurada tapacaqsan. Yoqanın insan bədəninə əsas xeyirlərindən biri də ürək xəstəliyi riskini azaltmasıdır. Məşğul olan şəxslərdə astma tutmalarının qarşısını almağa kömək edir, qan təzyiqi stabil olur.

Yoqaya başlamaq üçün nə etməli?

Yoqanın bir çox istiqaməti var. İlk öncə sənə uyğun olanı seçməlisən. Bunlara tamamilə sadə asanalar və həqiqətən çətin duruşları olan “Hatha”, altı çətinlik səviyyəsi olan “Aştanga”, dinamik və sərbəst məşqi olan “Vinyasa flou”, praktikanı daha şüurlu və şən edən “Kundalini” və köməkçi obyektlərdən fəal şəkildə istifadə edən “Ayenqar” aiddir. Seçim etməkdə çətinlik çəkirsənsə, klassik hatha yoqa heç vaxt yoqa etməyənlər üçün də uyğundur.

Yoqa ilə məşğul olmaq üçün kurslara getməyin şərt deyil, hazır video kurslar ala və ya bununla bağlı Instagram hesablarındakı tövsiyələrə əməl edə bilərsən. Yoqaya başmazdan əvvəl hərəkətə mane olmayan və nəfəs alan geyim seç. Boş şalvar, leqqins, qısaqol köynək - əsas odur sənə rahat olsun. Və ən əsası sürüşməyən yoqa döşəyi al.

Tələsmə, ilk dərsdən çətin hərəkətlər etməyə çalışma. Əzələlərin vaxta ehtiyacı var, qəfil hərəkətlər yaralanmağın ilə nəticələnə bilər. Həftədə iki dəfə məşq ilə başlamaq yetərlidir. Məşqlər arasında çox uzun olmayan fasilələr ver ki, bədənin özünə gəlsin. Dinləmək üçün meditasiya musiqiləri tap, məşq müddətində bu sənin rahatlamağına köməkçi olacaq.

Düzgün nəfəs alma texnikası ilə bədənini dinləməyi və andan həzz almağı öyrənəcəksən. Yoqa insana tələsməməyi, gərginliyi aradan qaldırmağı öyrədən ideal yoldur. Əmin ol ki, ruhi rahatlığın gündəlik həyatında da sənə müsbət təsir göstərəcək.

Vestel təbiəti evinə gətirəcək!

Təbiət ilə harmoniyada ikən yoqa ilə məşğul olmaq bu təcrübəni daha effektiv edir. Lakin ilin istənilən fəslində bu mümkün deyil. Yaxşı ki, Vestel kondisionerinin Catechin filtri ilə təbiəti evə gətirmək mümkündür.

Məhsul ilə tanış olmaq üçün linkə kliklə:

https://vestel.az/kondisionerl%C9%99r