0


                                     Qəlyanaltılarla futbol həzzini ikiqat et

Futbol izləməyi çox sevirsən? Əgər cavabın “həə”dirsə, yəqin dostlarla bir araya gəlib matç izləmək sənin üçün ideal əyləncədir. Dəstəklədiyin komandanın oyunu, futbol sevən yaxınların və ləzzətli çərəzlər... Möhtəşəm plan kimi səslənir. “Futbol izləyən zaman nə yeyək?” deyə düşünən dostum, bu bloq sənin üçündür! Bu gün dostlarına ləzzətli və fərqli sürprizlər etməyin üçün reseptlər seçmişik. Rahat hazırlanan bu respetlər elə dadlıdır ki, həm dostlarının ürəyini fəth edəcəksən, həm də futbol həzzinə ləzzət qatacaqsan.


Ədviyyatlı popkorn


Futbol, serial, ya da film. Nəyə baxdığının fərqi yoxdur, popkorn hər birinə yaraşan ləzzətdir. Elə bir reseptimiz var ki, bunu oyundan əvvəl bitirəcəksən. Bunun üçün sənə lazımdır: 1 yemək qaşığı duru yağ;

2 yemək qaşığı qarğıdalı;

1 çay qaşığı duz;

Zövqə görə qırmızı toz bibər, zirə və kəklikotu.

İlk öncə tavanı qaza yerləşdir. Daha sonra yağ, qarğıdalı və duzu tavaya əlavə et. Zövqünüzə görə olan ədviyyatları da tavaya əlavə edib qarğıdalıları yaxşıca qarışdır. Qapağı bağla və qarğıdalıların partlamasını gözlə. Son olaraq böyük kasada servis et. Nuş olsun!


Qızardılmış mozarella topları


Üstü xırt-xırt, içi yedikcə uzanan pendir... Mozzarella pendiri və panko ilə hazırlanan bu toplar matç sevincini qat-qat artıran ləzzətdir. Ərzaqları al və hazırlamağa başla:

200 q top mozarella pendiri;

50 q un; 1 yumurta;

100 q panko.

3 ədəd kasa götür, yumurta, un və pankonu kasalara yerləşdir. Topları əvvəlcə una, sonra yumurtaya və ən sonda pankoya batırıb yağda qızart. Bütün pendirləri qızardandan sonra kağız dəsmalın üzərində saxlayaraq yağını süz. Yanında ketçup və mayonezlə servis etməyə hazırdır.


Sosisli milföy çubuqları


Hazırlaması çox asan, ləzzəti damaqda qalan bir respetimiz də var. Bu çubuqlar oyun gərginliyinə dərman kimi gələcək. Hazırsansa, başlayaq:

4 ədəd milföy xəmiri;

5 ədəd sosis;

1 çay qaşığı sarımsaq tozu;

2 yemək qaşığı zeytun yağı;

1 ədəd yumurta sarısı.

Milföy xəmirini 4 dilim şəklində doğramaqla işə başla. Unutma, xəmir otaq temperaturunda olmalıdır. Sosisləri isə ortadan ikiyə böl. Kiçik bir qabda sarımsaq tozu və zeytun yağını qarışdırıb sosislərin üzərinə əlavə et. Sosiləri dilimlədiyin xəmirlərə sarı və üzərinə yumurta sarısı çəkib sobaya ver. 180 dərəcədə 15-20 dəqiqə bişirməyin kifayətdir. Və budur, sosisli milföy çubuqların servisə hazırdır.


Vestel ilə futbol həyəcanı evində!

Bunun üçün dəqiq zaman demək olmur. Hava bir neçə gün xoş keçibsə, təmizlik günü elan edə bilərsən.

Futbol həyəcanını stadionda yaşamırsan deyə üzülmə... Ləzzətli qəlyanaltıların və dostlarınla birlikdə Vestel 65U7700T TV (https://vestel.az/4k-uhd-tv/Televizor-Vestel-65U7700T ) matç həzzini evinə gətirəcək! Çərçivəsiz dizaynı və yüksək səs keyfiyyəti ilə canlı təcrübəni olduğun yerdə yaşayacaqsan.