0

Qabyuyan təmizliyi 3 sadə addımla

Sürətli və qənaətli yumanı təmin edən qabyuyan maşınlar hər gün işimizi asanlaşdırır. Bəs onların öz təmizliyinə nə qədər diqqət edirik? 


“Qabları yuyanda maşın özü də təmizlənir” düşüncəsi ilə yanaşdığımız üçün qabyuyan təmizliyini vacib saymırıq. Halbuki yemək artıqları zamanla iş performansını aşağı salır. Qabyuyan ayda 1 dəfə mütləq təmizlənməlidir.


Evdə asan təmizliyin 2 əvəzsiz vasitəsi ağ sirkə və sodanı hazırlayın, təmizliyə başlayırıq!

1-ci addım

Qabyuyan maşını boşaldın və içində qalıntı olmadığından əmin olun. Ardınca alt rəfi çıxarın və çıxış borusu, pompa kimi mexanizmlərə diqqətlə baxın.

Bu hissədə həll olmamış yemək artıqları, şüşə qırıqları və başqa cisimlər ola bilər. Əgər varsa, əlcək geyinib onları təmizləyin.

Bütün qalıntıları təmizlədikdən sonra alt rəfi ehtiyatla yerinə yerləşdirin.

2-ci addım

Kimyəvi maddələri əvəz edən mükəmməl alternativlərdən biri ağ sirkədir. Ağ sirkə maşının içində qalan yağ qalıntıları, kif və xoşagəlməz qoxuları məhv edir.

Deməli, orta ölçülü bir kasanı (qabyuyan maşında yuyulmağa uyğun materialda olmalıdır) üst rəfə yerləşdirin. İçərisinə bəyaz sirkə əlavə edin, ən isti dərəcəni və qısa yuma rejimini seçib işlədin.

Yuma bitdikdən sonra kasanı çıxarın və soyumağını gözləyin.


3-cü addım

Qabyuyan maşın tamam soyuyandan sonra alt rəfi çıxarın və ya önə çəkərək aşağı hissələrə asan çata biləcəyiniz vəziyyətə gətirin. Ardınca maşının döşəməsinə bir ovuc soda tökün və alt rəfi yenidən yerinə qaytarın.

2-ci addımdakı prosesi təkrarlayın: ən isti dərəcə və qısa yuma rejimini seçib maşını işlədin. Soda maşının divarlarına, döşəməsinə və çıxış borusuna yapışan ləkələri təmizləyir. Yuma prosesi bitdikdə təmizlik də tamamlanmış olacaq.

Bu proseslərdə ağır kimyəvi maddələr istifadə edilmədiyi üçün təmizlik bitdikdən sonra qab-qacaqları yumağa birbaşa davam edə bilərsən.

Qabları tərtəmiz yuyan və qənaətlə çalışan Vestel qabyuyanlar üçün aşağıdakı linkə keçid et:

https://vestel.az/boyuk-meishet/qabyuyanlar