0


Həyatımızı onsuz təsəvvür edə bilmədiyimiz, əlimizi isti sudan soyuq suya vurdurmayan bir başqa texnika paltaryuyan maşınlardır. Müasir dövrdə əldə paltar yumağı təsəvvürümüzə gətirməkdə belə çətinlik çəkirik. Bu məqamda əlimizdən paltaryuyan maşınlar tutur.

Gündən-günə inkişaf edən texnologiya sayəsində bir-birindən fərqli xüsusiyyətlərə sahib paltaryuyan maşınlar meydana gəlib. Bəs onlardan sizə uyğun olanını necə seçməlisiniz?

Aşağıdakı punktları nəzərə alsanız, sizə uyğun modeli asanlıqla seçə biləcəksiniz.


Güvəndiyiniz marka

Digər məhsullarını istifadə edib razı qaldığınız, loyal müştərisi olduğunuz brendin paltaryuyanlarını seçməklə potensial problemlərdən əvvəlcədən uzaqlaşa bilərsiniz.


Yerləşəcəyi məkan

Paltaryuyan almadan əvvəl onun yerləşəcəyi məkanın dəqiq ölçülərini götürməyə çalışın. Seçəcəyiniz modelin həmin ölçüdə olması rahat işləməsi baxımından əhəmiyyət daşıyır.


Yükləmə qabiliyyəti

Günlük və həftəlik paltar yumağınızdan asılı olaraq, sizə uyğun yüklənmə qabiliyyəti seçə bilərsiniz. Günlük yumağa üstünlük verirsinizsə, daha az yüklənmə qabiliyyətli paltaryuyan maşın sizə yetər. Əgər həftəlik yumağa üstünlük verirsinizsə, daha yüksək yükləmə qabiliyyəti seçməli olacaqsınız.   


Dövriyyə sayı

Dövr sayının ən yüksək olması düşünüldüyü kimi üstünlük olmaya bilər. Geyimlərinizin materialı və növünə uyğun dövriyyə sayına sahib paltaryuyan seçmək önəmlidir.

Bir neçə dövr sayına sahib paltaryuyan seçməyə diqqət edin. Həssas geyimlər dəqiqədə 300-500 dövrdə, digərləri isə 1000 və daha yüksək dövrdə yuyula bilər.

Vestel-də maksimum 1000 və maksimum 1400 dövr sayına sahib bir çox paltaryuyan seçimi var. Dövr sayına uyğun seçiminizi rahatlıqla edə bilərsiniz.


Enerji sinfi

Son dövrlərdə enerjiyə qənaət aktual mövzulardandır. Büdcə xərclərini azaldacaq A sinfi paltaryuyanlara üstünlük verməklə cibinizə qənaət edə bilərsiniz. Seçim edərkən ən azı A+ enerji sinifli paltaryuyan almağı tövsiyə edirik.


BLDC motorlu modellər

Fırçasız DC motorlar olaraq tanınan BLDC motorlar elektrik enerjisini mexaniki enerjiyə çevirir, yüksək faydalılığı, uzunömürlülüyü və mükəmməl kontrol xüsusiyyətlərilə seçilir.

Vestel WB 814G paltaryuyan maşınında da istifadə olunan BLDC motorlar yüksək faydalılığı və aşağı enerji sərfiyyatı ilə büdcəyə qənaət etmənizə fürsət yaradır.

Qənaət üçün bir başqa funksiya Pyrojet texnologiyasıdır. Vestel-in A+++ kateqoriyalı paltaryuyanlarında istifadə olunan texnologiya 70% daha az enerji və 28% daha az su istifadə edərək rekord qənaət performansı göstərir.


Səssiz işləməsi

Paltaryuyanlar kifayət qədər yüksək səslə işləyirlər. Normal halda səs səviyyəsi 50-60 dB arasında olarsa və sıxma zamanı 70-80 dB-ə qədər yüksələrsə, normal haldır.

BLDC motorlu Vestel paltaryuyanları kifayət qədər səssiz çalışaraq nə sizə, nə qonşulara narahatlıq yaratmır. Kitabxana qədər səssiz məhsullar istehsal edən Vestel 38 dBA ultra səssiz paltaryuyan maşınları ilə də rəqiblərindən fərqlənir.


Yuyucu toz bölməsi - load sensor

Vestel paltaryuyanları öz xüsusi funskiyalarıyla həyatınızı rahatlaşdırmağa davam edir. Yuyucun toz bölməsinə aid “Load sensor” funksiyası seçdiyiniz proqrama uyğun yuyucu tozu təyin etməyinizə yardım edir.

Bu funksiya niyə vacibdir? Çünki yuyucu tozu normadan artıq əlavə etdikdə geyimlər həmin tozdan təmizlənmir, az əlavə etdikdə isə çirkdən azad olmur. Bu baxımdan, bu üstünlük sizə xeyli yardımcı olacaq.


UV-CrystaLight funksiyası

CrystalLight funksiyası UV texnologiyası ilə dəstəklənir. Bu funksiya nəticəsində paltarlar daha təmiz yuyulur, dərindən təmizlik hər evə sağlam və təhlükəsiz həyat gətirir.

Paltaryuyanın qapısına yerləşdirilmiş hissədən paltarların üzərinə xüsusi UV işıq verilərək ektra təmiz yuyulma təmin olunur. Əlavə kimyəvi təmizləyicilər istifadə olunmadan paltarlar ən yüksək gigiyenik təmizliyə çatır.

Fərqli yuma seçimləri ilə istənilən geyim növünü yuyan Vestel paltaryuyanlar eyni zamanda barabanın gigiyenik təmizliyini də qoruyur.

UV texnologiyası bakteriyalar, viruslar və zərərli mikroorqanizmlərin 99.999%-ini məhv edərək ultra səviyyədə təmizlik yaradır. Beləliklə, ailənizə mükəmməl təmizlikdəki paltarlar təqdim edilir.


ALLERGY SAFE texnologiyası

Xüsusi olaraq inkişaf etdirilmiş Allergy Safe proqramı geyimlərinizin üzərindəki bakteriya və virusları öldürür. Nəticədə, geyimləriniz maksimum gigiyenik təmizliklə təmin olunur.

Allergiya Proqramı Staphylococcus Aureus, Enterococcus Faecalis, Escherichia coli bakteriyaları və Human Adenovirus Type 5, Murine Norovirus, Poliovirus Type 1, Human Coronavirus, Sars-Cov-2 (Covid-19) viruslarıyla effektiv mübarizə aparır.


Sadə paltaryuyan, yoxsa qurutmalı paltaryuyan?

Bu, tamamilə sizin yaşam şəraitinizdən asılıdır. Əgər geyimləri qurutmaq üçün uyğun şəraitiniz varsa, sadə paltaryuyan ala bilərsiniz. Əgər vaxt və şərait baxımından sizə üstünlük qazandırırsa, qurutmalı paltaryuyan seçmək məqsədəuyğundur.


Həm sadə, həm qurutmalı paltaryuyanlarla tanış olmaq üçün linkə keçid edin.