0
                                                                        

Köpüklü mousse hazırlamağın ən asan yolu

Bu gün yeni bir ləzzət sınamağa hazırsan? Təklifimiz hər evdə olan ərzaqlardan hazırlanan mousse-dur!


Kekslərdə, tortlarda istifadə edəcəyin və ya təkbaşına zövq alacağın köpüklü mousse üçün lazım olan ərzaqlar:

- 2 yemək qaşığı kakao (20 qr)

- Yarım stəkan isti su

- 4 yemək qaşığı kərə yağı (60 qr)

- 200 qr bitter şokoladı

- 80 qr südlü şokolad

- 3 yemək qaşığı pudra

- 2 qutu qaymaq (35% yağlı)


Hazırlanması:

1. Qaymağı və qarışdıracağınız qabı Vestel soyuducu buzluğuna yerləşdir. Həmin vaxtda isti su və kakaonu qarışdırıb kənarda soyumağa burax.

2. Kərə yağını əridib şokoladları əlavə et və əriyənə qədər qarışdır. Onu da soyumaq üçün kənara qoy.

3. Qaymaq və pudra şəkərini başqa bir qaba əlavə et. Qabı tərs çevirdikdə tökülməyəcək hala gələnədək sürətlə qarışdırmağa davam et.

4. Otaq temperaturuna gələn kakaolu və şokoladlı məhlulu birləşdirib qarışdır.

5. Qarışığı soyumuş qaymağa əlavə edib tam bir-birinə hopanadək yenidən qarışdır.


Növbəti mərhələdə qablara əlavə edib yenidən Vestel soyuducuya yerləşdir. Tam soyuduqdan sonra servis edə bilərsən. Nuş olsun!


Mousse hazırlamaqda Vestel soyuducu sənə dəstək olacaq!


Vestel soyuducularla tanışlıq üçün bura kliklə.