0


Yemək bişirmək bəziləri üçün günün ən zövqlü anları, digərləri üçün günlük sıxıcı təkrardır.

İstək necə olur olsun, nəticədə dadlı yemək hazırlamaq hər kəsin arzusudur. Həm görüntüsü, həm ləzzəti ilə iştah açan yeməklər üçün qaydalar var? Bəli!

Sən də hər kəsin etdiyi kiçik mətbəx səhvlərini aradan qaldırıb mükəmməl yeməklər hazırlaya bilərsən! Bloq yazımızda bu kiçik nüanslara diqqət çəkəcəyik.




Yemək qazanı seçimi

Kiçik tavaya həddən artıq ərzaq yerləşdirəndə yeməyin bir hissəsi çiy qalır, çünki istilik bütün qatlara eyni qədər çatmır. Bütün ərzaqların yaxşı bişməsi üçün ideal ölçüdə tava və ya qazan seç.


Duz miqdarı

- Duru (şorba, bozbaş və s.) yeməklər hazırlayanda yeməyin suyuna miqdara uyğun duz at, sonradan duz əlavə etmə;

- Duzu tomat pastasından sonra əlavə et. Tomatın özündə duz miqdarı yüksək olduğundan balanslaşdırmaq mütləqdir;

- Ərzaqları qaynadıb sonra bişirəcəksənsə, qaynayan vaxt azca duz əlavə et və bişirəndə əvvəlki duzu da nəzərə al;

- Duzu ölçdüyün standart qaşığın olsun. Bu halda miqdarı asanlıqla təyin edə biləcəksən.


Buzlu qidalar

Soyuducudan çıxmış buzlu qidanı birbaşa bişirmək olmaz. Buzun açılması üçün qida bir müddət ilıq və ya soyuq suda saxlanmalıdır. (İsti suda buzun açılması doğru deyil)


Şirniyyat

- Şirniyyat hazırlayanda yumurtadan daha çox şəkərin tam həll olmasına diqqət et;

- Südlü şirniyyatlarda şəkəri ilk mərhələdə qarışdırma. Hazır şirniyyatın üstünə son toxunuş olaraq şəkər əlavə et.


Ümumi tövsiyələr

- Yeməyə əvvəlcə soğanı, sonra tomat pastasını əlavə edib başla;

- Düyünü bişirməzdən əvvəl bir neçə dəfə yu. Su tam şəffaf olana qədər təkrar-təkrar yumaqdan çəkinmə;

- Salatlara sousu servis etməzdən bir qədər əvvəl əlavə et. Tez əlavə edilən sous salatın dad və görüntüsünü korlayır;

- Yeməkləri hazırladığın an servis etmə, bir qədər gözlə, dadlar tam bir-birinə qarışsın.


Vestel bişirmə panelləri ilə yemək bişirmək zövqə çevrilir.


Modellərlə tanış olmaq üçün link:

https://vestel.az/qurashdirilan-bishirme-panelleri