0

                                    Kiçik addımlarla özünü yaz allergiyasından qoru


Bahar uzun günlərdən və isti havalardan tutmuş rəngarəng çiçəklərə qədər bir çox üstünlüklərlə gəlir. Çoxumuz baharı ilin ən gözəl fəsli kimi təsvir edirik. Bəli, təbiətin canlanması və havaların isinməsi bu mövsümü bizə çox sevdirir. Lakin unutmayaq ki, bu həm də mövsümi allergiya üçün də ilin həssas vaxtıdır. Çünki yaz allergiyasından əziyyət çəkirsənsə, bu mövsüm həm də asqırma öskürək kimi diskomfort şərait yarada bilər. Bitkilər polen buraxdıqca, həssas insanlarda yaz allergiyası sıx müşahidə olunur.


Amma sən qorxma, sənə yaxşı xəbərimiz var. Yaxşı xəbər budur: Stresi azaltmaq və baharın gözəlliklərindən daha çox zövq almaq üçün müəyyən addımlar ata bilərsən. Yaz allergiyasının səbəbləri və simptomlarının nə ola biləcəyini, habelə simptomlarınızı idarə etmək üçün məsləhətləri öyrənmək üçün bloqun davamını oxu.


Yaz allergiyası nədir?


Allergiyalar insanın immun sistemi allergen adlanan müəyyən zülalları mikrob və ya yad cisimlər kimi qəbul etdikdə baş verir. Allergiyanın inkişaf etməsi və hücumu iki hissədən ibarət bir prosesdir. İlkin mərhələ, orqanizmin alergenlə ilk dəfə qarşılaşdığı zaman baş verir və xüsusi növ hüceyrələrə yapışan antikorlar yaradır. Həssaslaşma adlanan bu proses, alergenlə növbəti dəfə qarşılaşdıqda bədəni bir allergiya hücumuna hazırlayır. Bu baş verdikdə, hüceyrələr histaminləri - asqırma, öskürək və dəridə səpgilər kimi xoşagəlməz simptomlara səbəb olan kimyəvi maddələri buraxırlar. Təsvir etdiyimiz allergiyanın bir çox növü var və onlardan biri yaz allergiyasıdır.

Mövsümi allergiyadan əziyyət çəkirsənsə, tək deyilsən. Dünyada “hay fever” adlandırılan bu allergiya növü 20 milyondan çox yetkində, 7 milyondan çox isə uşaqda müşahidə olunur.

Bir çox insan yaz allergiyasından əziyyət çəkir. Bəzi fərdlər ilin digər mövsümlərində belə bununla qarşılaşır. Çoxları "yaz allergiyası nə vaxt başlayır?" və ya "yaz allergiyası nə vaxt bitir?" kimi suallar barədə düşünür.Bir çox yerdə yaz allergiyası martın ilk həftələrindən müşahidə olunur.

Bununla belə, yerin iqlimindən asılı olaraq vaxt qrafikində bəzi kiçik dəyişikliklər ola bilər. Qışın sonunda isə qar əridiyi və yazda sərin yağışın olduğu daha rütubətli yerlərdə tozcuqların sayı tez zamanda azalır.

Fərqli allergenlər insanlar üçün müxtəlif problemlər yaradır. Yaz allergiyasının ən çox yayılmış səbəbləri ağac-ot polenləri, kif hüceyrələri və həşəratlardır. Onlar haqqında ətraflı öyrənək.


Ağac və ot poleni

Bir çox bitki növləri gübrələmə üçün polendən istifadə edir. Rəngarəng çiçəklərdə olan və arılar tərəfindən yayılan daha böyük, mumlu tozcuqlar, adətən, allergiyası olan insanlar üçün çoxlu simptomlara səbəb olmur. Amma ağac tozcuqları yaz allergiyası ortaya çıxmasında mühim rol oynayır. Ağac tozcuqları mart ayından başlayaraq ən çox yayılmış allergiya tətiklərindən birinə çevrilir. Ağaclardan əlavə, otlar, habelə alaq otlar da mövsüm allergiyasında əsas faktorlardır.


Kif

Mövsümi allergiyalar üçün bəlkə də açıq-aydın bir təhlükə olmasa da, kif də yaz allergiyasının səbəbkarlarındandır. Kif çoxalmaq üçün “spore” kimi tanınan toxumlar buraxır. Bunlar küləkli və quru havada tez-tez hərəkət edə bilər. Digər vaxtlarda yüksək rütubət olduqda şeh və ya dumanla yayılırlar. Yaz aylarında qışın soyuğuna tab gətirməyib çürüyən bitkilər kif böyüməsi üçün vasitəyə çevrilir. Onlar xüsusən də mətbəx, vanna otağı və zirzəmi kimi nəm yerlərdə inkişaf edirlər.


Həşəratların sancması

Asqırma və tıxanma kimi tipik mövsümi allergiya simptomlarından fərqli olaraq, həşərat dişləmələri və sancmaları adətən hissədə ağrı, qaşınma, qızartı və ya kiçik şişkinliyə səbəb olur. Dişləmələr və sancmalar ciddi və ya həyati təhlükəsi olan allergik reaksiyaya səbəb ola bilər. Bu zaman dodaqların, dilin və ya boğazın şişməsi; nəfəs almaqda çətinlik müşahidə olunur. Yaz və yaya aylarında arıların artması ilə bu problem özünü tez-tez göstərir. Dərhal həkimə görünməkdə fayda var.


Yaz allergiyasından qorunmağın yolları

İndi isə bahar aylarında tozcuqlardan qorunmaq üçün görməli olduğun bəzi tədbirlər barədə danışaq. Tozcuqların sayı çox yüksək olan zaman evdə qalmağa çalış. Bu adətən səhər saatlarında müşahidə olunur. Çölə çıxan zaman eynək tax ki, allergenlər ilə göz təmasında olma. Bu müddət ərzində ağız və burnunu mütəmadi su ilə yuyaraq tozcuqları təmizlə. Evə qayıdandan sonra isə saçını yu, çünki allergenlər orada toplana bilər. Evi polenlərdən tamamilə təmizləmək mümkün olmasa da, miqdarı azaltmaq sənin əlindədir. Evində hava filtrlərini tez-tez təmizləməyi unutma. Həmçinin, kitab rəflərini, havalandırma yerləri və polen toplayan digər yerləri də təmiz tut. Evini həftədə iki dəfə tozsoran ilə təmizlə. Bu zaman mütləq maska tax, çünki tozsoran tozcuqları, kifləri və xalçaya sıxışan digər bakteriyaları havaya çıxara bilər. Budur! Yaz allergiyasıyla daha dərindən tanış oldun və ondan necə qorunmalı olduğunu artıq bilirsən.


Vestel ilə ailənin qayğısına qal!

Yaz aylarında ən böyük köməkçin Vestel olacaq! Allergy Safe texnologiyalı paltaryuyanlar bakteriyaları təmiz paltarlardan uzaq tutacaq! Təqdim etdiyi xüsusi proqramlarla allergen və bakteriya növlərinə qarşı qüsursuz nəticə təqdim edir, səni və ailəni öz qoruması altına alır.