0

                                     Hansı parçanı neçə dərəcədə ütüləməli?

Geyimlərin ilk günkü formasını saxlaması üçün yuma, qurutma ilə bərabər ütüləmə də rol oynayır. Hər parça növünün öz ütüləmə dərəcəsi var. Düzgün dərəcəni seçərək geyimlərini deformasiyadan qoruya bilərsən.

Kətan

Sərt materiala sahib kətan yüksək dərəcədə ütülənən parçadır. Bütün qırışların tam açılması üçün 200-220 dərəcəni seçməlisən.


Pambıq

Ehtiyatla ütülənməli parçalardan biri pambıqdır. Pambıq üçün 180 dərəcə idealdır. Daha yüksək dərəcədə geyim zərər görəcək.


Sintetik

İstiliyə çox həssas olan sintetik parçalar yüksək dərəcədə ütülənməməlidir. Bu növ üçün 80 dərəcə idealdır.


Yun/ipək

Yun və ipək forma verilməsi çətin, həssas parçalardır. Onlar 120-160 dərəcədə ütülənməlidir. Yapışma və yanmanın qarşısını almaq üçün nəm bez istifadə edə bilərsən.


Krujeva

Krujevalı geyimlər quru halda, aşağı dərəcədə ütülənməlidir. Buxarlı ütü istifadəsi tövsiyə edilmir.


Məxmər

Ütüdə məxmər parça üçün xüsusi rejimi varsa, istifadə edə bilərsən. Əgər yoxdursa, üzərinə bez parça qoyub bərk basmadan, aşağı dərəcədə ütülə.


                     


Əlavə xüsusiyyətlərə sahib ütü seçməklə geyimləri zədələrdən qoruya bilərsən.


V-MOD

Bu funksiyası parçanın növünə görə isinmə dərəcəsi və buxarı avtomatik seçir. Minimum enerji ilə maksimum performans göstərir.


Altlıq materialı

NanoCeramic altlıqlar seçməyə çalış. Bu altlıqlar yanma/yapışma ehtimalını minimum endirir, geyimləri qoruyur.


Avtomatik sönmə

Ütüləməni bitirdin, ancaq ütünü cərəyandan ayırmağı unutdun? Narahat olma. 10 dəqiqə sonra Vestel Kehribarın Avtomatik sönmə funksiyası işə düşür və risklər aradan qalxır.


Həyatını asanlaşdıran bu funksiyalar Vestel Kehribarda toplanıb. Məhsulla tanışlıq üçün linkə keçid et:


https://vestel.az/utuler