0



                                   Hansı mətbəx ləvazimatları qabyuyanda yuyulmamalıdır?

Qabyuyan son zamanların trend məişət texnikalarından biridir. Demək olar ki, yeni evlənən hər kəs soyuducu, paltaryuyan, tozsoranla bərabər qabyuyana da evində yer verir.

Zaman keçdikcə, işlərimizi xeyli asanlaşdıran bu məişət texnikasına ehtiyac daha da artır. Bir dəfə istifadədən sonra azsaylı qab-qacağı belə əldə yumaq istəmirik.

Ancaq burada diqqətdən kənar qalan ciddi bir mövzu var. Mütəxəssislər bəzi mətbəx ləvazimatlarının qabyuyanda yuyulmasına qarşıdır.

Hansı mətbəx ləvazimatlarını qabyuyanda yumaq olmaz?

Teflon tava və qazan

Yanmaz və yapışmaz səthə malik teflonun hər mətbəxdə yeri xüsusidir. Bişirilən qidanın dibə yapışması, artıqların qalması problemlərini aradan qaldıran teflonlar su altında asanlıqla təmizlənir.

Qabyuyanda yuyulma zamanı yüksək təzyiqli su və kimyəvi maddələr onların daha tez sıradan çıxmasına şərait yaradır.

Taxta mətbəx əşyaları

Yüksək temperatur taxta əşyalara zərər verir. Bundan əlavə, kəsiklərə yığılan kimyəvi maddələr istər-istəməz qidaya qarışır. Əldə su altından keçirmək və ya limonla təmizləmək olar.

Bəzi bıçaq növləri

Gündəlik istifadədəki bıçaqları qabyuyanda yuya bilərsən. Ancaq ət bıçağı, pendir bıçağı kimi xüsusi istehsal olunan keyfiyyətli növləri qabyuyanda yumaq tövsiyə olunmur. Bu halda onların itiliyi zamanla azalmağa başlayır.

Termoslar

Termosun iç və çöl səthi arasındakı hissə suyun isti və ya soyuq qalmasına şərait yaradır. Qabyuyanda yuyulanda isə bu hissə zərər görür.

Şüşə butulkalar(!)

Şüşə butulkaların üzərindəki etiketi çıxarıb qabyuyanda yuya bilərsən. Burada riskli hal başqadır. Yuma zamanı şüşə sınarsa, parçaları qabyuyana ciddi zərər verə bilər. Xeyli əlavə xərcə səbəb olacağını nəzərə alsaq, bu riskə getməməyi tövsiyə edirik.

Əl işi bəzəkli stəkanlar

Xüsusi diqqət tələb edən əl işi bəzəkli stəkanlar qabyuyanda yuyulanda boyalar axır və o gözəl sənət əsəri məhv olur. Buna səbəb isə yüksək temperaturdur.

Plastik qablar

Plastik qablar yüksək temperaturda əriyir və eyni zamanda zərərli kimyəvi maddə ifraz edir. Bu baxımdan onları qabyuyanda yumamağa çalış.

Plastik qablar yüksək temperaturda əriyir və eyni zamanda zərərli kimyəvi maddə ifraz edir. Bu baxımdan onları qabyuyanda yumamağa çalış.

Yuxarıda saydıqlarımız xaric digər bütün mətbəx ləvazimatlarını tərtəmiz yuyacaq, əlavə funksiyaları ilə fərqlənən Vestel qabyuyanlarla tanışlıq üçün linkə kliklə:

https://vestel.az/boyuk-meishet/qabyuyanlar/solo-qabyuyanlar