0



Gündəlik Rutinə Dönüş: Yeni Mövsümə Tər-təmiz Paltarlarla

Yay ayları boyunca günəşli havalar, səyahətlər, çimərlik günləri və açıq havada keçirdiyimiz zaman paltarlarımızda öz izini qoyur. Mövsüm dəyişərkən və gündəlik rejimə qayıdarkən, yaydan qalan ləkələri, tozu və duzlu su izlərini təmizləmək, həm də paltarlarımızı payız mövsümünə hazırlamaq vacibdir. Aşağıdakı qeydlər yay mövsümünün sonunda paltar yuma prosesinə daha səmərəli yanaşmağınıza kömək edəcəkdir.

İlk olaraq, yay paltarlarınızı ayrıca yuyun. Çimərlik geyimləri, nazik köynəklər və açıq rəngli yay paltarlarını payız-qış paltarlarından ayrı yumaq həm parçaları qoruyar, həm də rənglərin qarışmasının qarşısını alar.

Günəşdən solmuş paltarları canlandırın. Uzun müddət günəş altında qalan parçalar solmuş görünə bilər. Yumşaq yuma rejimi və rəng bərpaedici yuyucu vasitələrdən istifadə edərək onlara əvvəlki təravətini qaytara bilərsiniz.

Qum və duz izlərini təmizləyin. Bütün yay boyunca çimərlikdə bol vaxt keçirmisinizsə bu məsləhətə qulaq asın - çimərlikdən qalan qum hissəcikləri və duzlu su parçanı zədələyə bilər, buna görə də geyimi yumazdan əvvəl sirkəli suda islatmaq həm duz, həm də qoxunu aradan qaldırar.

Aktiv şəkildə istifadə olunan geyimləri daha dərindən təmizləyin. İdman geyimləri yay boyu daha çox istifadə edildiyindən, onlara tər və bakteriya yığıla bilər. Xüsusi idman paltarı yuyucu vasitələri parçanı həm qoruyar, həm də qoxusuz saxlayar.

Dolabınızı payıza hazırlayın. Yuyub ütülədiyiniz yay paltarlarını təmiz, quru şəkildə qablaşdıraraq saxlayın. Bu, həm yer açar, həm də növbəti yay üçün paltarların yaxşı vəziyyətdə qalmasını təmin edər.

Əlavə təravət üçün xüsusi texnologiyalardan istifadə edin. Müasir paltaryuyan maşınlarda olan “Twinjet” və xüsusi buxarlı “Steam Function” funksiyaları yay paltarlarını həm yumşaq, həm də təravətli saxlayır. Bu və digər texnologiyalarla təciz olunmuş Vestel paltaryuyan maşınları bütün paltarlarınızı yeni mövsümə təqdim etməyə hazırdır.