0


                                   Gələcəyə atılan təmiz addımların ünvanı: Vestel City

Uzun müddətdir davamlı və yaşıl gələcəyi dəstəkləyən yanaşmamız barədə danışırıq. Artıq sən də ekologiyanı qorumaq üçün göstərdiyimiz maksimum təşəbbüsü görürsən. Evinin qayğısına qalan məhsullar ilə enerjiyə qənaət, yüksək keyfiyyət və ən əsası davamlı gələcəyi dəstəkləyən addımları özümüzlə gətiririk. Bu bloqda səni təbiət dostu məhsullarımızın yarandığı yer və gələcəyə dair ideyalarımız ilə tanış edəcəyik.

Vestel deyiləndə ağıla nə gəlir? Əlbəttə ki, Türkiyənin 10 ən tanınmış və prestijli markası arasında layiqli yerini tutmuş marka! Cəmiyyətdə üzərimizə düşən məsuliyyətin fərqindəyik və addımlarımızı gələcəyə sağlam izlər qoyaraq atırıq. Vestel olaraq kəskin yayılan davamlılıq yönümlü anlayışı şirkətlərimizin unikal bilik və təcrübəsini nəzərə alan vahid yanaşma ilə idarə edirik. Bu çərçivədə Vestel məhsullarında istifadə etdiyimiz ekoloji cəhətdən təmiz texnologiyalarla gələcək nəsillərə daha yaxşı bir dünya buraxmaq öhdəliyini yerinə yetiririk. Bir sözlə, davamlılıq və yaşıl gələcəyə töhfə vermək əvəzolunmaz şirkət siyasətimizə çevrilib. Artıq 65 ildən çoxdur bu dəyər və prinsiplər işığında çalışırıq.

Sahib olduğumuz dəyələrlərlə üst-üstə düşən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi davamlılıq anlayışımızı dəstəkləyən ən mühim mərhələlərdən biri oldu. Buradan əldə etdiyimiz güclə həyata keçirdiyimiz Smart Life 2030 strategiyası davamlılığı bütün şirkətlərimizdə ana məqsədimizə çevirdi. Fəaliyyətimizə təsir edən və ya edə biləcək qlobal risk meyllərini, imkanlarını xəritələşdirir və strategiyalarımızı buna uyğun formalaşdırırıq. İstehsal etdiyimiz hər bir məhsul, təklif etdiyimiz hər xidmət, əhatə etdiyimiz hər bir məsələ insanlara hər gün daha yaxşı həyat üçün töhfə verməyi hədəfləyir.

İnnovativ həllər təqdim edən Vestel bütün istehsalını Manisada yerləşən, Avropanın ən böyük fabriklərindən biri olan Vestel City-də həyata keçirir. Vestel City Avropada ən böyük, dünyada isə ikinci ən böyük sənaye kompleksidir. Vestel City-də istehsal olunan məhsullar 155 ölkəyə ixrac edilir və Vestel 21 ildir ki, Türkiyədə elektron ixrac çempionudur. Vestel City-də atılan bütün addımlar insanlara və cəmiyyətə dəyər qatan, ətraf mühitə və planetin bütün canlılarına qayğı göstərən davamlı böyümə və inkişaf yönümlüdür.

Zavod tam gücü ilə işləyəndə ildə 15 milyondan çox televizor istehsal edə bilər. Bu elə böyük bir saydır ki, demək olar Ayı dövrə vurmağa yetər. Bunu da unutmamalıyıq ki, televizorlar daim dəyişir. TV texnologiyası kompüterlər kimi sürətlə inkişaf edir. Zaman keçdikcə daha parlaq, aydın və incə modellər bazarda favoritə çevrilir. Vestel olaraq biz də bu inkişafa ayaq uydurub yeni modelləri alıcılara təqdim edirik. Fabrik 800 nəfərdən çox olan Ar-Ge ordusu ilə daim texnoloji trendləri izləyir. Buna görə fabrikdə daim dəyişən bazarla ayaqlaşa bilən çevik sistem var.

Dünyanın üzləşdiyi quraqlıq və su qıtlığını hər birimiz görürük və buna görə narahatıq. “Vestel ilə Ağıllı Həyat” şüarı ilə qabaqcıl, davamlı və qənaətcil məişət texnikalarımız, istehlakçıları və dünyamızı təhlükəsiz gələcəyə daşıyan texnologiyalarımız Vestel City-də hazırlanır. Qidaların son istifadə tarixini xatırladan, yumurtanı 4 fərqli formada qaynadan, vakum saxlama şəraiti ilə qida israfının qarşısını alan soyuduculardan tutmuş, ilk dəfə öz tozsoranımızda istifadə olunacaq tamamilə yerli akkumulyatora qədər ən müasir, innovativ və davamlı məhsullar Vestel City-də həyat tapır. Məhsullarda tətbiq etdiyimiz Full Indoor, EggMinder, Dose-on, SonicWash, IntelliShelf, PureBeam Pro+ və bir çox digər texnologiyalar ekologiya və istifadəçi dostudur.

Yüksək hədəflər qoyduğumuz yolda işçilərin, müştərilərin sağlamlığını və təhlükəsizliyini qorumağı öz vəzifəmiz hesab edirik. Ətraf mühiti gələcək nəsillər üçün qorumaq, davamlı inkişaf prinsipi çərçivəsində istehsal və xidmət fəaliyyəti göstərmək başlıca məqsəd daşıyır. Digər tərəfdən, 2020-ci ilin əsas ili ilə müqayisədə 2023-cü ilin sonuna qədər istehsalda 7081 ton təkrar emal edilmiş plastikdən istifadə etməyi və 1000 ton plastiki azaltmağı öhdəmizə götürmüşük. Zeytun tumlarından bio-əsaslı plastik istehsal edən Biolive-a edilən sərmayə ilə bu fəaliyyətlərin əhatəsi genişlənir. Bütün bəyaz əşyaların karton qablaşdırması 100% təkrar emal edilmiş və təkrar emal edilə bilən kağızdan hazırlanır. Vestel City “Değişim Ürün Değerlendirme Merkezi”nə təhvil verilən məhsullar təmir olunaraq məhsulun ömrü uzadılır və bazara yenidən təqdim edilir. Təmiri mümkün olmayan bütün məhsullar isə lisenziyalı şirkətlərdə təkrar emal olunur.

Bizimlə daha yaxından tanış olduğunu və dünyamızın gələcəyi üçün qarşımıza qoyduğumuz missiyanı daha detallı öyrəndiyini düşünürük. İqlim dəyişikliyi ilə mübarizədə dünya resurslarından səmərəli və balanslı istifadə hərəkatımıza sən də qoşul. Unutma ki, bu yolda atacağın ən kiçik addım belə planetimiz üçün çox dəyərlidir.


Vestel City ilə tanış olmaq üçün linkə kliklə:https://youtu.be/j2cTiMnaadA