0


                                     Ərzaqlar soyuducuda harada və necə saxlanmalıdır?

Hər qida növünün soyuducuda saxlama qaydası fərqlidir. Bu sadə qaydaları bilməklə ərzaqları həm uzun müddət mühafizə edə biləcəksən, həm də təravətini qorumağa fürsət yaradacaqsan.

Əlavə olaraq necə formada və hansı bölmədə saxlamağın düzgün olması barədə də məlumat öyrənəcəksən.

Hazırsansa, başla oxumağa


Ət

Ət riskli qida qrupuna daxildir. Bu səbəbdən aşağı bölməsindəki ən üst rəfdə və ya dondurucu bölməsində saxlanmalıdır.

Dondurucu bölmədə bu formada yerləşdirilməlidir:

- Tək bişirməlik miqdarda paketlə;

- Üzərinə paketlənmə tarixini yazıb daha əvvəl olanı ilk istifadə et;

- Buzu açılmış ətləri yenidən dondurmaq tərkibində yaranan dəyişiklər səbəbindən tövsiyə olunmur;

- Yerləşdirmə zamanı Ağ (toyuq, balıq) və qırmızı ətlər (mal, qoyun), həmçinin çiy və bişmiş ətlər bir-birinə təmas etməməlidir.

Dondurucudan çıxan qidaların həll olması və qidaların uzun müddət öz təravətini qoruması üçün “Fresh Zone” texnologiyalı soyuduculara üstünlük verə bilərsən.

“Fresh Zone” texnologiyalı Vestel soyuducuları ilə tanışlıq üçün modellərin üzərinə kliklə:

Vestel NFC691EX A+

Vestel NFC655EDX A+ Ion

Vestel NFC510EX A++

Vestel RM670TF3M-BL

Vestel NF480BL A+


Meyvə

- Banan xaric bütün meyvələri soyuducuda saxlaya bilərsən. Soyuducuda saxlanan bananda qaralmalar meydana gəlir, rəng və dadında dəyişiklik yaranır. Bu səbəbdən otaq temperaturunda saxlayaq daha doğrudur.

- Çiyələk, gilənar/gilas, tut kimi meyvələr 1-2 gün, üzüm, şaftalı, ərik kimi meyvələr 4-5 gün, portağal, alma, armud kimi meyvələr isə 1-2 həftə soyuducuda saxlana bilər.


Dondurucu bölmədə bu formada yerləşdirilməlidir:

- Dondurucuya qoyacağın meyvələri tam təmiz yuduqdan sonra paketlə. Meyvələr dondurulduqdan sonra həcmində artım baş verəcək, bu səbəbdən paketdə bir qədər boş yer saxla.

- Meyvələri bir qədər şəkər əlavə edərək də dondura bilərsən. Bu halda donmuş meyvələrin ömrü 6-12 ay aralığında olacaq.


“Maxi Fresh Preserver” texnologiyalıVestel NFC655EDX A+ Ion soyuducusunu seçməklə meyvə və tərəvəzlərin rəf ömrünü artıra bilərsən. Bu xüsusi bölmə yayılan etilen qazını zərərsizləşdirir, pis qoxuların da qarşısını alır.


Tərəvəzlər

- Göyərtilər və pomidor 2-3 gün, lobya, noxud kimi tərəvəzlər 3-4 gün, kələm, kök kimi tərəvəzlər 6-7 gün soyuducuda saxlana bilər.

- Göyərtiləri nəm dəsmala bükərək saxlayın. Belə olduqda nəm itirmirlər və uzun müddət təravətli qalırlar.


Çərəzlər

Uzun müddət isti havaya məruz qalan çərəzlərin dadı acılaşır, vitamin tərkibində isə dəyişiklik baş verir. Çərəzlər istilik və nəmə qarşı həssas olduğundan sərin, quru və qaranlıq yerdə saxlanmalıdırlar.


Çörək

Çörəkləri streç filmə büküb soyuducuda saxlaya bilərsən. Bu halda nəm itirmədiyindən uzun müddət yumşaq qalacaq. Dondurucu bölməyə yerləşdirdikdə dilimlənmiş formada saxlamaq daha doğrudur.


İstəyinə uyğun saxlama bölmələri olan Vestel soyuducular üçün bura kliklə.