0



                                     Ən ləzzətli dondurmanı özün hazırla.

Yay mövsümü boyunca hər kəsin ağlına yalnız bir ləzzət gəlir. Bizimlə birlikdə faydalı, bol südlü və meyvəli dondurma hazırlayıb sərinləməyə hazırsan? Sənin üçün 2 reseptimiz var. Asan hazırlanan bu dondurmalar üçün bizə yalnız 3 inqrediyent lazımdır.


Çiyələkli və bananlı dondurma resepti

İsti havalarda hər ağız dadına uyğun soyuq və şirin dad axtarışındasansa, çiyələkli və bananlı dondurma ürəyincə olacaq.

Qeyd: Meyvələrin əvvəlcədən dondurulması mütləqdir.

Tərkibi:

3 ədəd dondurulmuş banan;

10-12 ədəd dondurulmuş çiyələk;

1 fincan soyuq süd.

Hazırlanması:

Meyvələri Vestel blenderində qarışdır. Yumşaq vəziyyətə gəldikdən sonra üzərinə yavaş-yavaş süd əlavə et. Qarışımı daha qatı hala gətirmək istəyirsənsə, üzərinə bir az çiyələk və ya yarım banan əlavə et. Daha sonra dondurucuya qoy və ən azı 2 saat gözlə. Dondurma hazırdır, nuş olsun!


Qarağatlı sorbet resepti

Yalnız meyvələrdən hazırlanan soyuq sorbet qızmar yayın dostudur. Əminik ki, uzun müddət dadı damağında qalacaq.

Tərkibi:

500 q qara qarağat;

100 q şəkər tozu;

200 ml su.

Qeyd: Sorbeti dondurucuya qoymazdan əvvəl ələkdən keçirməyini tövsiyə edirik.

Hazırlanması:

Aşağı odda su ilə şəkər tozunu qaynat. Su qaynadıqdan sonra 5 dəqiqə bişir və otaq temperaturuna gəlməyini gözlə. Daha sonra qarağatları Vestel blenderindən keçir və ya əz. Otaq temperaturunda olan siropun üzərinə qarağatları əlavə et, bir az limon sıx və yaxşıca qarışdır. Dondurucuya qoy, bir saatdan bir qarışdırmağı unutma. 4 saat sonra ləziz qarağat sorbeti hazırdır.


Sevdiyin ləzzətləri Vestel ilə uzun müddət ilk günki kimi təravətli saxla!

Bu ləzzətli dondurmaları Vestel RM700BF3E-GB soyuducusu ilə (https://vestel.az/boyuk-meishet/soyuducular/Soyuducu-Vestel-RM700BF3E-GB) ilə uzun müddət təravətli saxlaya bilərsən!