0


                                     Elektrikli avtomobillər haqqında daha çox öyrən.


Nə qədər ənənəvi yanacaqdan istifadə etsək də, maşın sənayesində uzun müddətdir digər enerji mənbələri də axtarılırdı. Yeni dövrün ixtiralarından olan elektrikli avtomobillər bu axtarışın nəticələrindən biridir. Elektriklə işləyən avtomobil sənayesi bütün dünyada günü-gündən inkişaf edir. Tesla-nın yüksək texnologiyalı elektrikli avtomobillərin istehsalı sahəsində uğuru digər şirkətləri də ilhamlandırdı. Nəticədə dünyada lider olan başqa avtomobil istehsalçılarının da bu mövzuya marağı artdı və hazırda bir çox şirkət yeni modellərlə elektrikli avtomobil dünyasına qatıldı.

Bilirik, elektriklə işləyən avtomobil almağı düşünmək üçün onunla bağlı yetərli informasiyaya sahib olmalısan. Əlbəttə, yeni tanış olduğumuz bu mövzu barədə miflərlə tez-tez rastlaşırıq. Elektrikli avtomobillər baha başa gəlir və ya onlar da dizel avtomobillər qədər ətraf mühiti çirkləndirir kimi əsassız xəbərlər eşidirik. Buna görə də ilk növbədə səni bu maşınlar barədə məlumatlandıracağıq. Yaxşı, getdik!


Elektriklə işləyən avtomobillər ilə ilkin tanışlıq

Elektrikli nəqliyyat vasitələri adından anladığımız kimi elektriklə işləyir və şarj edilə bilən batareyalı sistemi mövcuddur. Tam elektriklə təmin edilmiş maşınlar bir gün boyu yol qət etməyə hazırdır. Bu avtomobillər həm ətraf mühitə, həm də cibə faydalıdır. Elektrik ilə işləyən maşınlar iqlimin qorunmasında mühüm rol oynayır. Onların dizel və ya benzinli avtomobillərdən daha az karbon qazı istehsal etməsi dövrümüz üçün önəmli bir nailiyyət.

Gün keçdikcə populyarlaşan bu avtomobillərin enerji bərpa etməsi mövzusu düşündüyün qədər çətin deyil. Artıq bir çox supermarket, otel və parkinqlərin ərazilərində şarj nöqtələrinin sayı artır. Sən hətta evində yatarkən də avtomobilini şarj edə bilərsən. 2019-cu ildən bəri satışı iki dəfə artan elektrikli avtomobillərin gələcək illərdə daha yeni modelləri təqdim olunacaq və şarj stansiyası infrastrukturları inkişaf etdiriləcək. Sən də nəqliyyat vasitəni şarja bağlamaq problemindən qurtulacaq və simsiz şarj texnologiyasından istifadə edəcəksən. Bunu da unutmayaq ki, günəşin istehsal etdiyi enerjidən də faydalanmaq mümkündür. Ancaq günəş panellərinin günəşdən asılı olaraq fərqli güclərdə elektrik enerjisi istehsal edir. Bunun üçün istifadə müddətləri baxımından sistemin şəbəkə elektrik enerjisi ilə dəstəklənməsi vacibdir.

Bəzilərinin bu avtomobildə olan batareyalar barədə qorxuları var. Batareyaların anidən yanması və ya partlaması kimi düşüncələr səni qorxutmasın. İndi elektrikli avtomobillərin içərisindəki batareyalarla bağlı narahatlığına aydınlıq gətirəcəyik. Aparılan araşdırmalar da göstərir ki, elektriklə işləyən bu maşınlarda anidən belə bir riskin yaranması mümkün deyil. Şarj şəbəkələri isə istənilən hava şəraitində maşınını doldurmağın üçün təhlükəsizdir.


Vestel ilə təmiz gələcəyə addımlar...



Gələcəyə əsaslanan davamlı texnologiyanın yaradılmasına təkan verən Vestel yaşayış və ictimai yerlər üçün səmərəli, rahat EV şarj cihazları seriyası təqdim edib. “Smart Charging Program” vasitəsilə enerji əldə edə bilən EV şarj cihazları müxtəlif variantlar təklif edir. EVC02 seriyası möhkəmlik və sadəlik üçün qurulmuş tam alüminium korpusa malikdir, Wi-Fi funksiyası ilə “Drive Green” mobil proqramı enerji doldurma funksiyalarına nəzarəti əlverişli edir. Vestel EVC05 seriyası Ethernet, RS485, Wi-Fi, LTE kimi fərqli əlaqə seçimləri var. MCB və RCCB kimi bütün qoruyucu qurğuları özündə birləşdirən döşəməyə quraşdırılmış məhsul istifadəçilərin OCPP interfeysi vasitəsilə şarj stansiyasının idarəetmə sisteminə qoşulmağına yardımçı olur. Vestel Elektrikli Avtomobil Doldurma Stansiyası bütün elektrik infrastrukturlarına uyğunlaşaraq sürətli və təhlükəsiz avtomobil doldurma xidməti təqdim edir.

Hər ötən il planeti qorumaq daha vacib missiyaya çevrilir. Yaxşı ki, elektrikli nəqliyyat vasitələrinin yüksəlişinə şahid oluruq. Vestel olaraq biz də daha az çirklənmə ilə daha təmiz bir gələcəyə inanırıq. Buna görə də məqsədlərimizdən biri də ekoloji izin azaldılmasında iştirakdır. İqlim dəyişikliyi ilə mübarizədə dünya resurslarından səmərəli və balanslı istifadə mühüm rol oynayır. Elektrikli enerjidən istifadə edən nəqliyyat vasitələrinin istifadəsinin artırılması vacibdir. Bu mövzu ilə bağlı Vestel korporativ satışlar üçün əlaqə bölməsi vasitəsilə müraciət edə bilərsiniz.