0



                                       ƏTRAF MÜHİT DOSTU YENİ MƏHSULLARLA TANIŞ OL

2-6 sentyabrda Almaniyanın paytaxtı Berlində keçirilən dünyanın aparıcı İstehlak Elektronikası və Məişət Əşyaları sərgisi IFA-da 30-cu dəfə yerimizi aldıq. Qidaların son istifadə tarixini xatırladan, yumurtanı 4 fərqli formada qaynadan, vakum saxlama şəraiti ilə qida israfının qarşısını alan soyuduculardan tutmuş, ilk dəfə öz tozsoranımızda istifadə olunacaq istehsalımız akkumulyatora qədər ən müasir, innovativ və davamlı məhsullarımızı 3000 kvadratmetrlik Vestel ərazisində sərgilədik.

HƏM EVİNİN, HƏM DƏ ƏTRAF MÜHİTİN DOSTU

Vestel CEO-su Turan Ərdoğan dünyanın üzləşdiyi quraqlıq və su qıtlığını vurğulayaraq, “Vestel ilə Ağıllı Həyat” şüarı ilə qabaqcıl, davamlı və qənaətcil məişət texnikası sayəsində istehlakçıları və dünyamızı təhlükəsiz gələcəyə daşıyacaqlarını ifadə etdi.



RAHAT, ASAN VƏ TAMAMİLƏ YERLİ

Özünü şarj edə bilən şaquli tozsoranımız bu il IFA-da təqdim etdiyimiz məhsullar arasındadır. Dizaynı və istehsalı tamamilə yerli mənbələrdən olan Vestel S50 Şarj Edilə bilən Şaquli Tozsoran ilə evi 80 dəqiqəyə qədər fasiləsiz tozsoranlaya, habelə maqnit aparatı ilə təhlükəsiz şəkildə divardan asa bilərsən. Əminik ki, erqonomik xüsusiyyətləri ilə göz qamaşdıran yeni doldurula bilən şaquli tozsoranlarımız tezliklə hər kəsin həyatını asanlaşdıracaq.



AZ ENERJİ İLƏ DAHA ÇOX NƏTİCƏ

Qabyuyan maşın dedikdə, Vestel olaraq keyfiyyəti təqdim edirik. Tətbiq etdiyimiz ekoloji və istifadəçi dostu Dose-on texnologiyası daha az qabyuyan maye və sudan istifadə edərək həm büdcənə, həm də dünyanın gələcəyinə yardım edəcək. Eyni zamanda dövrün tələb etdiyi ən müasir gigiyena şərtlərini mətbəxinə gətiririk. UV şüalarından faydalanaraq istehsal olunan PureBeam Pro+ texnologiyası ilə üçüncü səbətdə steril sahə yaradıb gündəlik istifadə etdiyin bütün alətləri və kiçik cihazları quru bir şəkildə dezinfeksiya edir. Bundan əlavə, maşına daxil olan üçüncü bölmədə SonicWash texnologiyası ilə saat, eynək və zinət əşyaları kimi həssas məhsulları maşının işini məhdudlaşdırmadan təmizləmək də mümkündür.



TƏZƏ, UZUN ÖMÜRLÜ VƏ DAHA LƏZZƏTLİ QİDALAR

Vestel-in yeni nəsil soyuducuları bu il də IFA-nın sevimli məhsulları arasında olub. Qidaları vakumlayıb saxlamaq imkanı təqdim edən soyuducularımız dünyanın bir çox şirkətinin diqqətini çəkməyi bacarıb. Eyni anda 4 müxtəlif formada yumurta bişirə bilən EggWiser texnologiyalı yeni soyuducu modelimizlə səhər yeməyini əvvəlcədən proqramlaşdırmaq mümkündür. Təbiətə olan borcumuzu innovativ və davamlı üsullarla ödəyirik. Full Indoor texnologiyası ilə qida israfının qarşısını alırıq və istehsalçıdan son istehlakçıya qədər çox səylə gələn qidanın gəldiyi yola hörmətlə yanaşırıq. Full Indoor sisteminin EggMinder texnologiyası soyuducuda olan yumurtaların miqdarına və saxlama müddətinə nəzarət edir və qalan yumurtaların davamlılığına uyğun olaraq yaşıl, sarı və qırmızı rənglərlə məlumat verir. Full Indoor texnologiyasına daxil olan IntelliShelf texnologiyası ilə soyuducunun qapısında yeməyin davamlılığını, təzəliyini, çəkisini və istifadə müddətini izləyə bilərsən.


CİBİNƏ UYĞUN SƏRİNLİK

Ətraf mühiti soyudanda və ya qızdıranda həm də kommunal xərclərini hesablaya bilən müasir kondisionerlərimiz məbləğ limiti 80%-ə çatdıqda səni xəbərdar edir. Hədd keçilsə, kondisionerlər avtomatik olaraq qənaət rejiminə keçir.



SƏNİN YENİ ŞƏXSİ KÖMƏKÇİN

Məişət əşyalarına internet inteqrasiya edərək getdikcə daha çox ağıllı evlər yaradırıq. "Vestel ilə Hər Kəs üçün Daha Ağıllı Bir Həyat" şüarı ilə çıxdığımız yolda inkişaf etdirdiyimiz Vestel Evin Ağlı və VeeZy tətbiqlərimizlə bu xəyalımızı gerçəkləşdiririk. Vestel Evin Ağlı tətbiqimiz ölkədaxili, VeeZy isə bütün dünyada evinin ağıllı köməkçisi olacaq.