0


İlin ilk qarı sənin mətbəxinə yağsın! 

Yeni ilə özəl hazırladığın peçenyelərlə evin əsl bayram ab-havasına bürünəcək. 


 Yeni il peçenyeləri necə hazırlanır?


Tərkib:

- 250 qr kərə yağı;

- 125 qr pudra şəkəri;

- 1 ədəd yumurta (otaq temperaturunda);

- 1 çay qaşığı zəncəfil;

- 1 çay qaşığı darçın;

- Yarım stəkan toz kokos və ya fındıq;

- 500-550 qr un;

- 1 çay qaşığı qabartma tozu.

Bəzək üçün:

- Şirin xəmir


Hazırlanması

1. Otaq temperaturundakı kərə yağı və şəkəri mikserlə qarışdırın.

2. Ardınca yumurta və toz kokosu əlavə edib yenidən qarışdırın.

3. Yavaş-yavaş unu və qabartma tozunu əlavə edib xəmiri yoğurun.

4. Xəmiri streç filmə büküb soyuducuda yarım saat saxlayın.

5. Oxlovla xəmiri 3 mm qalınlığında yayın və fiqurlu qəliblərlə kəsin.

6. Yağlı kağız sərilmiş soba qabına peçenyeləri düzün, 170 dərəcədə 12-15 dəqiqə bişirin.

7. Bişən peçenyelər soyuduqdan sonra şəkər xəmiri ilə bəzəməyə başlayın.


Nuş olsun!

Fərqli bişirmə seçimləri ilə həm şirniyyat, həm yemək hazırlayacağın Vestel sobalar üçün aşağıdakı linkə keçid et:


Vestel soyuducularla tanışlıq üçün bura kliklə.