0

                                     Bahar təmizliyi ilə evinə fərahlıq gətir.


Bahar təmizlənmə, təzələnmə, yenilənmədir. Günəşin istiliyini yeni hiss etməyə başladığımız günlərdə bədənimiz, zehnimiz, evimiz bütün yüklərdən azad olub yüngülləşməlidir. Elə bunun üçün soyuq qış günlərinin boz ruhunu evindən qov.


Hazırsansa, əlcək və dəsmalını götür, bahar təmizliyinə başlayaq!


Əsas suallarına cavab verəcəyik:

- Bahar təmizliyi nə zaman edilməlidir?

- Evin hansı hissəsindən başlanmalıdır?

- Təmizlik planı necə qurulur?


Bahar təmizliyinə nə zaman başlamalısan?

Bunun üçün dəqiq zaman demək olmur. Hava bir neçə gün xoş keçibsə, təmizlik günü elan edə bilərsən.


Planı necə qurmalısan?

- Təmizliyə başlamadan əvvəl bütün evi nəzərdən keçir. Gözünə lazımsız görünən, istifadəyə yararsız əşyaları təyin et və evdən uzaqlaşdır;

- İkinci addımda ehtiyac olan təmizlik ləvazimatlarını al. Bu, vaxt itkisini aradan qaldıracaq;

- Hər gün üçün ayrıca bir otaq seç. Plana uyğun irəliləsən, daha az yorulacaqsan;

- Xalça, pərdə, yataq dəsti və yorğanı paketləyib təmizlik üçün rahat şərait yarat;

- Sənə mane ola biləcək aksesuarları bir kənara yığmaqla geniş təmizlik məkanı aç.


Hansı otaqlara öncəlik verilməlisən?

- Yataq otağından başlaya bilərsən. Dərin təmizliklə otağa bahar gətir;

- Ardınca salona keçmək olar. Salonda yemək yeyilməsi və filmlərə yoldaşlıq edən çərəzlərə görə bu otaq xeyli çirklənir;

- Növbəti otaq mətbəx ola bilər. Mətbəx gündəlik həyatda aktiv istifadə olunduğundan sadə təmizliklə bahara hazır olacaq.


Hansı otağı sona saxlamalısan?

- Evdə ən tez kirlənən otaq olduğu üçün hamamı sona saxlamalısan;

- Hamam otağı və tualet üçün kimyəvi təmizlik vasitələrindən istifadə et. Bu otaqlar xeyli mikrob daşıdığından tam təmiz olduğuna əmin olmalısan.


Sən də təmizliyə başla, baharın möhtəşəm enerjisini evinə dəvət et!