0


Evdə ən çox vaxt keçirdiyimiz məkanlardan olan mətbəx həmişə gözəl yemək qoxuları ilə bizi özünə cəlb edir, iştaha gətirir. Ancaq təəssüf ki, sonrasında bu qoxunun evdə və əşyalarda qalması cəlbedici hal deyil.

Yay aylarında pəncərəni açaraq qoxuya qalib gəlmək mümkün olsa da, qış aylarında bu, əlverişli deyil. Tam da bu zaman aspiratorların faydasını anlayırıq. İstənilən fəsildə komfortunuzu pozmadan ürəyinizdən keçən hər yeməyi hazırlamaq məhz aspiratorlarla mümkündür.

Düzgün aspirator seçimi üçün bilməli olduğunuz məqamları bu bloq yazımızda sizinlə bölüşəcəyik.


Sovurma gücü

Sovurma gücünə qərar verərkən ən yüksək həddi seçməyinizə ehtiyac yoxdur. Evinizin ölçülərinə uyğun gücdə aspirator seçməyiniz kifayətdir. Əslində, sovurma gücü nə qədər yüksək olarsa, havadakı qoxu, toz və his o qədər tez təmizlənir. Yenə də bu o demək deyil ki, sizin evin ölçülərindən artıq gücdə aspiratora ehtiyac var.


Hansı aspirator gücü evinizə uyğundur?

Evinizə uyğun aspiratorun gücünü asanlıqla hesablaya bilərsiniz. Mətbəxin sahəsini hündürlüyünə vurun, nəticəni isə yenidən 12-ə vurun. Məsələn, mətbəx 15 m² və 3 m hündürlüyündədirsə, 540 m3/h gücündə aspiratora ehtiyacınız var.

Mətbəxinizin ölçüləri belədirsə, sizə aşağıdakı Vestel AD-6011 aspiratorunu məsləhət görə bilərik.

Məhsulla tanış olmaq üçün klikləyin.

Ölçülər fərqlidirsə, yuxarıdakı düstur əsasında hesablama apararaq aşağıdakı linkdən sizə uyğun olan aspiratoru özünüz seçə bilərsiniz:

Aspiratorlarla tanış olmaq üçün klikləyin.


Aspiratorun ölçüsü necə seçilməlidir?

Aspiratorun ölçüsünü təyin edərkən ən az qaz plitəsi ölçüsündə olmasına diqqət edin. Əsas vəzifəsi yeməklərin getməyən qoxularını məhv etmək olan aspiratorlar öz funksiyalarına uyğun mətbəxlərə yerləşdirilməlidir ki, yaxşı perfomans göstərsinlər və mətbəxdə olmaq hər zaman ürəyimizcə və mədəmizcə olsun.

Bundan əlavə, aspiratorla qaz plitəsi arasındakı məsafə 65 sm-dən çox olmalıdır. Təhkükəsizlik üçün bu şərtə də diqqət etdiyinizə əmin olun.


Səs səviyyəsi

Yüksək səsdə işləyən qurğular insanların rahatlığını ciddi ölçüdə pozur. Bu baxımdan, aspirator seçərkən də səs səviyyəsinə diqqət yetirin. Səs səviyyəsi 50 dB-dən yüksək olan modelləri tövsiyə etmirik.

Ancaq yenə də perfomans və səs arasında seçim arasında qaldıqda, perfomansı yüksək olan modelə üstünlük vermək daha doğru seçimdir.


Evin tərzinə uyğun model

Bir çox böyük məişət əşyası kimi aspiratorlar da uzunmüddətli istifadə üçün nəzərdə tutulur. Bu səbəbdən, seçim edərkən bir çox meyarı diqqətə almalısınız. Bu meyarlardan biri də evinizin tərzidir. Mətbəx mebelinizi tamamlayan görüntüdə aspirator seçməklə, evinizə estetik görüntü qazandırmış olacaqsınız.


İstifadə təlimatı

Aspirator həm yemək hazırlananda, həm də proses bitəndən bir qədər sonra istifadə olunmalıdır. Qoxuların tam çəkilməsi baxımından bu, vacib məqamdır.

Ümid edirik ki, sadaladığımız amillər aspirator seçimində sizə yardım edəcək. Vestel aspirator modelləri ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

Vestel aspiratorları ilə tanış olmaq üçün klikləyin.