0


Vestel paltaryuyan maşınları geyimlərinizi Covid də daxil olmaqla bütün bakteriya və viruslardan qoruyan mükəmməl təmizləmə sisteminə sahibdir. Buna baxmayaraq paltaryuyan maşınların özünün də təmizlənməsi vacibdir.

Təmizləmə prosesi müəyyən periodlarla aparılmalıdır. Paltaryuyanlar elə paltarlardan gələn tozla çirklənir. Onun görünməyən hissələrində toplanan çirklər zamanla iş keyfiyyətini aşağı salır.

Bu bloq yazımızda paltaryuyanı ilk günkü təmizliyinə qaytaracaq və iş keyfiyyətini artıracaq 4 üsulu sizinlə paylaşırıq.


Limonla həftəlik təmizlik

Paltarların uzun müddət barabanda qalması xoş olmayan qoxuya səbəb olur. Sizin paltaryuyandan da pis qoxular gəlirsə, bu üsulu mütləq yoxlamalısınız.

Aşağıdakı addımları izləyin:

• Paltaryuyanı cərəyandan ayırın və barabanın boş olduğuna əmin olduqdan sonra təmizliyə başlayın.

• 1 böyük limonu ikiyə bölün və barabanı, qapağı və rezini təmizləyin. Rezin üçün daha çox zaman ayırın, çünki ən çox çirk saxlayan hissədir.

• Yuyucu toz bölməsini də limonla təmizləyin. Qalan limon suyunu həmin bölməyə sıxıb üzərinə bir qədər yuyucu toz əlavə edin.

• Son olaraq paltaryuyanı ən qısa proqramda işlədin ki, qalan limon artıqları təmizlənsin.


Bəyaz sirkə və limon duzuyla aylıq təmizlik

Limon duzunun yüksək təmizləmə gücündən hər birimiz xəbərdarıq. Bu səbəbdən təmizlikdə geniş şəkildə istifadə edilir.

“Paltaryuyanı limon duzu və sirkə ilə necə təmizləyə bilərəm?” soruşursunuzsa, “Aşağıdakı addımları izləməyiniz kifayətdir” kimi cavablayarıq.

Addımlar:

• 2 yemək qaşığı limon duzu və bir stəkan ağ sirkəni qarışdırın.

• Limon duzu bir qədər əriyənə qədər qarışdırmağa davam edin.

• Bu qarışığı yuyucu toz bölməsinə və ya barabana tökün.

• Paltaryuyanı işlədin və bu qarışığın bütün bölmələri təmizləməsinə şərait yaradın.

• Ayda 1 dəfə bu təmizliyi etməklə paltaryuyanın ehtiyac duyduğu təmizliyi təmin edə bilərsiniz.


Soda və sirkə

Soda ilə ev əşyalarına zərər vermədən asan və sərfəli təmizlik apara bilərsiniz. Soda paltaryuyanın görmədiyimiz hissələrindəki toz və çirkləri belə tərtəmiz edir.

Aşağıdakı addımları izləməklə siz də mükəmməl təmizlik əldə edin:

• Böyük bir stəkanın içərisinə bir qədər soda, stəkanı dolduracaq qədər isə sirkə əlavə edib qarışdırın. Qarışığı paltaryuyanın içinə və ya yuyucu toz bölməsinə əlavə edin.

• Paltaryuyanı isti və qısa bir proqramla işlədin. 1 saatlıq isti yuma proqramı kifayət edər.

• Bu təmizləməni çox çirkli geyimləri yuduqdan sonra tətbiq etmək daha uyğundur.


Alma sirkəsi və su

Paltaryuyan təmizliyində istifadə edə biləcəyiniz bir başqa tərkib alma sirkəsi və sudur.

Aşağıdakı addımları izləyin:

• Bir qabın içərisinə eyni ölçüdə alma sirkəsi və su əlavə edin.

• Bu qarışığı parçaya hopdurun və barabanı silin.

• Daha effektiv nəticə üçün qarışığı maşının içinə töküb qısa proqramda işlədə bilərsiniz. Bu zaman qarışıq borulara nüfuz edərək maşını bütün ərplərdən təmizləyəcək.

Bu dəfə sizinlə paltaryuyanın effektiv çalışması üçün həftəlik, aylıq və ehtiyac gördüyünüz istənilən anda tətbiq edə biləcəyiniz təmizləmə üsullarını bölüşdük.


Artıq paltaryuyanı yeniləmək vaxtı çatdığını düşünürsünüzsə, bu cümləyə klikləyərək Vestel paltaryuyan modellərilə tanış ola bilərsiniz.