0


30 dəqiqədə hazırlanan, 5 nəfərlik ləzzət - Falafel! 

Vitaminlərlə dolu noxud hələ bu qədər dadlı olmamışdı. 

Falafeli hazırlamaqda Vestel soyuducu və bişirmə paneli sənə dəstək olacaq. 


 Tərkibi:

-2 stəkan noxud (gecədən isladılmış);

- 1 orta ölçülü soğan;

- 2 yaşıl soğan;

- 2 diş sarımsaq;

- 1 çay qaşığı qabartma tozu;

- Yarım dəstə keşniş;

- 1 çay qaşığı duz;

- 1 çay qaşığı istiot;

- 2 yemək qaşığı un.


Qızartmaq üçün:

- 1 stəkan günəbaxan yağı.


Sousu üçün:

- 1 yemək qaşığı süzmə;

- 2 diş sarımsaq;

- 1 yemək qaşığı limon suyu.


Hazırlanması:

Bir gecə öncədən islatdığın noxudların suyunu süz, blenderdən keçir.


Üzərinə kub-kub doğranmış soğan və sarımsağı əlavə et, blenderdə qarışdır. Sonra keşniş, duz, istiot, və qabartma tozunu da əlavə et və yenidən qarışdır. Qarışığı qaşıqla qarışdır və məhsulların tam həll olduğuna əmin ol.

Alınan qarışığı dərin bir qaba tök, üzərinə un əlavə et və qarışdır. Hazır qarışığın üstünü streç filmlə örtüb 1 saat Vestel soyuducuda saxla.

Soyuducudan çıxan noxudlu qarışığı qoz böyüklüyündə toplara çevir. Küftə topları hazır olduqda qaynar yağın içərisinə atıb qızart.

İçlərinin yaxşıca bişməsi üçün qazı orta dərəcədə saxlamağı tövsiyə edirik.


Sous hazırlanması: Süzməyə sarımsaq və limon suyunu əlavə edib qarışdır. Hazırdır.

Köftələr qızardı, sous da hazırdır. Artıq servis edə bilərsən. Nuş olsun!


Vestel soyuducularla tanışlıq üçün bura kliklə.

Vestel bişirmə paneli tanışlıq üçün isə bura cümləyə kliklə.