0


Yayın istisi, qışın soyuğunu əvəz edərkən gündəlik kondisioner istifadə edən minlərlə insan var. Bəs o qədər seçim arasından ən uyğun kondisioneri necə seçəcəksiniz?


Əvvəlcə kondisionerin tipinə və gücünə qərar vermək lazımdır. Eviniz və ya ofisiniz üçün divar tipli, geniş məkanlar üçün salon tipli, istənilən ərazilər üçün istifadə edə biləcəyiniz portativ tipli kondisioner modellərdən birini seçə bilərsiniz.


Yay aylarının həzzini sərin-sərin yaşamağımızı təmin edən kondisionerlər soyuq havaların da gizli qəhrəmanları.


Kondisioner alarkən BTU termini ilə tez-tez qarşılaşırıq. Nədir bu BTU? BTU – yəni kondisioner gücü olaraq qeyd olunur. Uyğun BTU məkanın böyüklüyü, binanın mövqeyi, otağın adam tutumu və pəncərə sayına əsasən müəyyən olunur. Kondisionerlərinizi seçərkən diqqət etməyiniz lazım olan digər bir mövzu isə qənaətcil elektrik istifadəsidir.


Kondisionerlərdəki enerji sinfini ifadə edən A hərfinin yanındakı ifadələr çoxaldıqca xərclənən enerji azalır, cibinizə qənaət artır. A səviyyəsindəki müsbətlər artdıqca ətraf mühitə olan qayğınız da artır.


Qənaətcil kondisionerlərlə elektrikə qənaət edin.

Enerji sərfəliliyi təqdim edən qənaətcil kondisionerlər köhnə modellər kimi bir dəfə dayanıb sonra yenidən işləməyə başlamır. Otaq temperaturu istənilən səviyyəyə çatanda ən uyğun çalışma sürətini özü tənzimləyir, elektrik istifadəsinə qənaət təmin edir.


Kondisioner seçərkən diqqətli olmağınız tələb olunan bir sonrakı məqam isə rahatlığınız və sağlamlığınız üçün səs səviyyəsi və təmizlikdir. Səssiz çalışan və nəfəs aldığınız havanın keyfiyyətli olması üçün İonayzer texnologiyasına sahib kondisionerlərə üstünlük verin. Belə kondisionerlər havaya buraxdığı ionlarla məkanın havasındakı zərərli bakteriyaları və zərrəcikləri təmizləyir, pis qoxuları yox edərək hava keyfiyyətini yaxşılaşdırır. Daha canlı və gümrah hiss etmək üçün həyat keyfiyyətinizi artıracaq texnologiyaları gözdən keçirməlisiniz.


Yeni kondisionerinizin sizə təqdim edəcəyi bu özəllikləri göz önündə tutmalısınız:

• Rahatlığınızı artırmaq üçün səssiz rejimdə çalışan kondisionerləri seçin.

• Əlavə gigiyena və təmiz hava üçün İonayzer avtomatik təmizləmə özəlliyinə baxın.

• İstifadə edilən elektrikə qənaət etmək üçün aktiv enerji kontrolu olan modellərə üstünlük verin.


Ən çox vaxt keçirdiyimiz məkan evimizdir. Evimizdə hər zaman xoş ab-hava hökm sürsün deyə Catechin filtrli kondisionerləri seçin. Catechin filtri çay yarpaqlarının xoş ətrini evinizə daşıyır.


Ümidvarıq ki, bu məqalə sizə evinizin havasını dəyişəcək kondisioner seçimində faydalı olacaq. Yuxarıda sadalanan bütün xüsusiyyətləri və daha artığını özündə cəmləşdirən kondisionerləri Vestel.az-dan əldə edin.