0


                                     Ən ləzzətli turşunu evdə özün hazırla.

Süfrənin əvəzolunmaz ləzzətlərindən biri də turşudur. Pomidor, xiyar, kələm, badımcan, gavalı, bibər, göbələk, soğan, sarımsaq, bir sözlə tərəvəz və meyvələrin əksəriyyətinin duz və sirkə əsaslı suya qoyulması ilə əldə edilir. Hazırlanması artıq ənənə halına gələn bu ləzzətlər hər yeməyin yanına yaraşır və onları demək olar hamı sevir.

Gözləmə müddəti bitdikdə sevinc və qürurla açdığın turşu qablarından çıxan, ağız sulandıran bu dadlar çox qədim zamanlardan bizimlədir. Keçmişdə qidaları duzlu suya qoyaraq daha uzun müddət saxlamağın mümkün olduğunu öyrənən insanlar bu məhsulları həm yemək, suyunu isə içmək üçün istifadə edirmiş.

Dadından doya bilmədiyimiz turşuların hazırlanması bəziləri üçün çətin proses kimi görünə bilər. Amma sən narahat olma, bu bloqda sənə sadə üsullarla müxtəlif turşu reseptləri təqdim edəcəyik. Bizimlə birlikdə addım-addım turşu hazırlamağı öyrənmək istəyirsən? Hazırsansa, başlayaq!

Turşu hazırlamağa başlamazdan əvvəl bilməlisən!

Turşular xarab olmasın deyə, onları 20 dərəcədən çox olmayan bir temperaturda qaranlıq yerdə saxlamalısan. Rəngarəng və özünəməxsus dadı ilə sevdiyin turşunu hazırlamazdan qabaq istifadə edəcəyin tərəvəz və qoyacağın bankaya xüsusi diqqət yetirməlisən. Əvvəlcə turşu qoyacağın qabı seçək. Böyük ailəyə sahibsənsə, turşun da çox olmalıdır. Ən azı 2-2,5 kiloqram tərəvəz və 5 litrlik bankaya ehtiyacın olacaq.

Plastik butulkalar ilk ağıla gələn seçim olsa da, sağlamlıq baxımından onlardan istifadəni məsləhət görmürük. Duz, sirkə kimi məhsulların plastik materialla kimyəvi reaksiyaya girməməsi üçün şüşə qablar ideal seçimdir.
 Qapaqların tam bağlandığından əmin olmalısan. Qablaşdırmadan öncə şüşə qabları mümkünsə qaynat və qurula, qoxusuz olduğuna əmin olduqdan sonra istifadə et. Əks halda, turşuda heç tanımadığın bakteriyalar böyüyə və nə qədər çalışsan da turşu tam yetişməmiş xarab ola bilər. Buna görə turşu qoyacağın bankaları dezinfeksiya etməyi unutma.

Digər mühüm məsələ isə istifadə edəcəyin tərəvəz və meyvələrin təzə olmasıdır. Turşular evdə köhnəlmiş məhsulları dəyərləndirmək üçün hazırlanmır. Buna görə ən təzə ərzaqlardan istifadə etməkdə fayda var. Misal üçün; badımcan çəyirdəksiz, pomidor çiy, göbələk təzə, bibərlər parlaq rəngli, kələm isə sıx və bərk olmalıdır.

Ən əsası turşu hazırlayan zaman içməli sudan istifadə et. Bu zaman turşunu rahatlıqla yeyə, suyunu da içə biləcəksən. Süfrə duzu incə olduğu üçün bu prosesdə sənə köməkçi olmayacaq. İri dənəli duz seçməli olduğunu da unutma. Ümumiyyətlə, 1 litr su üçün ½ stəkan qaya duzu istifadə olunur. Düz məntiqlə deyə bilərik ki, tərəvəzləri doldurduqdan sonra 5 kiloqramlıq turşu qabda qalacaq yer üçün ən azı 1-1,5 su stəkan qaya duzu lazım olacaq.

Kiçik məsləhətləri tamamladıqdan sonra turşu hazırlanmasına keçə bilərik. Turşu qabının dibinə qoyacağın və ya arasına səpəcəyin 8-10 noxud turşunun tez tutmağına köməkçi olacaq. Tərəvəzləri yaxçıca yuyub qurula, çürüklərdən istifadə etmə, yoxsa bütün əməyin hədər olacaq. Turşu tərəvəzlərini qaba sıx şəkildə yerləşdir. İndi isə başlayaq!


Qarışıq turşu resepti


Ən məşhur və tez-tez turşulardan biri də qarışıq turşudur. Xiyar, kələm, kök kimi tərəvəzlərin yaratdığı ahəngi düşünmək belə ağzımızı sulandırdı. Bu ləzzətli turşu üçün sənə lazımdır:

1 orta ölçülü ağ kələm;

10 ədəd yaşıl pomidor;

500 qram Hövsan soğanı;

20 diş sarımsaq;

10 ədəd kiçik xiyar;

4 ədəd qırmızı bibər;

4 ədəd kök.

Dadlandırmaq üçün:

1,5 stəkan üzüm sirkəsi;

6 xörək qaşığı qaya duzu;

1 xörək qaşığı dənəvər şəkər;

1 çay qaşığı limon duzu;

20 dənə noxud;

1 çay qaşığı keşniş toxumu;

1 dəfnə yarpağı.

Sarımsağı soy və bütöv saxla. Tərəvəzləri bir-birinə uyğun ölçüdə hissələrə ayır, kiçik xiyarları isə halqa şəklində doğra. Dilimlərin incə olmadığından əmin ol. Toxumlarını çıxardığın qırmızı bibərləri böyük parçalar halına gətir. Doğranmış tərəvəzləri sıra ilə yerləşdirməyə başla. Ara qatlara sarımsaq və soğan səp. Bütün tərəvəzləri sıx şəkildə doldurub və üzüm sirkəsi əlavə et. Duzlu qarışığa əlavə edəcəyin suyun dəqiq miqdarını müəyyən etmək üçün tərəvəzləri örtəcək qədər içməli su əlavə edin və qarışığı ayrı bir qazana tök. Qaya duzu, limon duzu, dənəvər şəkər, keşniş toxumu və dəfnə yarpağı ilə qarışdırdığın duzlu qarışığı yenidən turşu qabına doldur. Üzərini üzüm yarpağı, şüyüd, cəfəri kimi təzə otlarla ört ki, altındakı tərəvəzlər suyun təsiri ilə səthə çıxmasın. Pambıq parça ilə örtdüyün qarışıq turşunun qapağını möhkəm bağla ki, hava ilə təmasını kəssin. 15-20 gün otaq temperaturunda, günəşdən uzaq saxla, daha sonra yeməklərinin yanında servis et. Nuş olsun!


Qırmızı soğan turşusu resepti


Müxtəlif yeməklərin yanında asanlıqla istifadə oluna bilən qarnir dedikdə qırmızı soğan turşusu ağlına gələcək. Bu turşu qamburger, ət qızarmtası kimi yeməklərə öz xüsusi ləzzətini qatacaq. Onu hazırlamaq üçün sənə lazımdır:

2 ədəd qırmızı soğan (incə dilimlənmiş);

1 xörək qaşığı qaya duzu;

1 çay qaşığı üzüm sirkəsi;

2-3 çimdik limon duzu;

1 stəkan qaynar su (örtmək üçün kifayətdir);

1 çimdik xardal toxumu;

1 budaq təzə rozmarin.

Yuyub quruladığın qırmızı soğanı incə-incə dilimlə. Daha sonra ədviyyatlarla birlikdə sterilizasiya edilmiş bankaya qoy. Sirkə və qaya duzunu qarışdır və bankaya əlavə et. Bir az limon duzu və soğanı örtəcək qədər qaynar su əlavə et, təmiz qapaq ilə möhkəm bağlayıb tərs çevir. Bir gün müddətində otaq temperaturunda soyut. Zövqə görə bir neçə qaşıq dənəvər şəkər tozu da əlavə edə bilərsən. İdeal ləzzət əldə etmək üçün 7-10 gün gözlə. Bu dada heyran qalacağından əminik. Nuş olsun! ;


Evdə turşu hazırlayan zaman köməkçin: Vestel Ferment Store!



Ferment Store texnologiyalı Vestel soyuducuları evdə turşu hazırlayan zaman sənin böyük köməkçin olacaq! Turşuların fermentasiya prosesində işini asanlaşdıran bu texnologiya ideal temperatur ilə onları mühafizə edəcək.