0


                                   Yeni il ab-havasını evə gətirən filmlər

Yolka, parlayan işıqlar, dekorasiya - bunlar hamısı Yeni ilin bəzəyidir. Amma evinə bayram əhvalı gətirmək üçün bunlar bəs etməyə bilər. Bunun üçün sənə nə lazım olduğunu bilirsən? Evində divana əyləşib Yeni il əhval-ruhiyyəsinə köklənmək üçün bir ideyamız var. Bilirsən, bu nədir? Əlbəttə ki, Yeni il filmləri! Sənin üçün elə filmlərdən siyahı hazırlamışıq ki, Şaxta baba belə onları çox sevir. Hazırsansa, başlayaq. Xoş seyirlər!


Arthur Christmas (2011)

Arthur əfsanəvi Şaxta babanın oğludur və atasının hədiyyə paylayan komandasında çalışır. Əsas hekayə onun bir uşağa hədiyyə verməyi unutmağı ilə başlayır. Görəsən, gün bitənə qədər hədiyyəni sahibinə çatdıra biləcək? İzlə və gör.


Last Christmas (2019)


Bu film romantika sevənlər üçündür! “Elf” olaraq bir dükanda işləyən Kate, həyatdan küsdüyü bir vaxtda Tomla qarşılaşır. Həyatı bir anda dəyişən Kate ilə yeni başlanğıcların möcüzəsinə şahid olacaqsan. Yeni ilin sehrli ab-havasını əks etdirən bu filmi mütləq izləməlisən.


Noelle (2019)


Təsəvvür et: Şaxta baba pensiyaya çıxmaq istəyir. Özü də YENİ İL ƏRƏFƏSİNDƏ! Bəs hədiyyələri kim paylayacaq? Şaxta babanın qızı bu məsuliyyəti öz üstünə götürür. Görəsən, çətin işin öhdəsindən gəlməyi bacaracaq? İzlə və özün şahid ol.


Home Alone (1990)


Etiraf edək ki, bu film Yeni ilin simvoluna çevrilib. Amma izləməkdən də bezmirik, elə deyil? Kevin və onun oğruların başına açdığı məzəli oyunları hər il izləmək... Ənənəni pozma, bu il də izlə!


The Family Stone (2005)

Siyahımızda ailə ilə izləmək üçün maraqlı film var! Yeni ili qeyd edib, həm də oğullarının sevgilisi ilə tanış olmaq istəyən “Stone” ailəsi bir yerə toplanır. TV qarşısında rahat əyləş, bu zarafatcıl ailənin münaqişəli və bol qəhqəhəli masalarına qonaq ol.


The Polar Express (2004)


Uşaq vaxtı Şaxta babaya inanırdın? Filmin balaca qəhrəmanı inanmır, hətta ondan küsüb. Qarlı bir gündə qatar səyahətinə çıxır, amma bu yol onu sehrli bir dünyaya aparır. Ümid, hüzn və xoşbəxtliyi eyni anda yaşadan bu filmi mütləq izləməlisən.


About A Boy (2002)


Qadınlarla tanış olmaq üçün özünü boşanmış və uşaqlı bir kişi kimi göstərən Will, boşanan şəxslər üçün olan seminarında bir uşaqla tanış olur. Bu balaca uşaq onun həyatını necə dəyişəcək? Filmdə sualın cavabını tapacaqsan.


Yeni il həzzinə Vestel yaraşır!

Ayaqlarını uzadıb yumşaq divanda film izləməyin həzzi bir başqadır. Bu həzzi artırmağın yolu nədir deyə düşünürsənsə, cavabı VESTEL! Çərçivəsiz dizaynı, yüksək səs keyfiyyəti və daxili chromecast ilə Vestel TV filmdə sən də var imişsən kimi hiss etdirəcək.

Məhsul ilə tanış olmaq üçün linkə kliklə:https://vestel.az/tv-ses/televizorlar/4k-uhd-tv/Televizor-Vestel-65U7700T