0


Texnologiyanın inkişafı ütülərdən də yan keçməyib. Bu gün insanların rahatlığını artıran müasir funksiyalı xeyli ütü modeli var. Bir-birindən fərqli xüsusiyyətlər və keyfiyyətlərlə fərqlənən ütülər buna uyğun müxtəlif qiymətlərlə təklif olunur. Bəzən oxşar xüsusiyyətli məhsul 2 brend tərəfindən təklif edilir. Bu halda markaya inam və keyfiyyət seçimdə xüsusi rol oynayır.

Ütü almaq istəyən şəxs bir çox müasir xüsusiyyətdən xəbərdar olmalı, ehtiyaclarına cavab verən modeli seçməyi bacarmalıdır. Ola bilər ki, sizə son model ütü təklif olunur, ancaq ondakı funksiyalar sizin üçün yararsızdır. Seçim edərkən məhsulun ehtiyaclarınıza uyğun olmasına mütləq diqqət edin.

Bu seçimdə ütünün watt gücü, buxar gücü, isinməsi, ərp saxlayıb-saxlamaması və digər özəlliklərinə görə qərar verə bilərsiniz. Daha ətraflı izah üçün növbəti mərhələyə keçə bilərsiniz.


Watt gücü

Ütüdə motorun gücü watt dəyəri ilə ölçülür. Watt dəyəri yüksəldikcə qırışıqlıqlar daha asanlıqla açılır. Məsələn, ütünün watt dəyəri 2000-2400 kimidirsə, geyimlərinizi rahatlıqla bütün qırışlıqlardan azad edə bilərsiniz.

2600 watt motor güclü Vestel Kehribar ütüləri ilə geyimləri ütüləmək məcburiyyətdən çıxıb əyləncəyə çevrilir.


Yüksək buxar gücü

Ütünü ən vacib xüsusiyyətlərindən biri buxar gücüdür. Yüksək buxar gücü asan ütüləmə və vaxta qənaət deməkdir. Zəif buxarlı ütü ilə işləmək sizi çox yorar, çünki keyfiyyətli nəticə almaq üçün eyni hissəni dəfələrlə ütüləməli olarsınız.

Bundan əlavə, davamlı buxar da ütüləmə prosesini xeyli asanlaşdıran xüsusiyyətdir. Standart ütülərdə dəqiqədə 40 qr buxar çıxışı, buxar qazanlı ütülərdə isə 100 qr buxar çıxışı keyfiyyətli ütüləmə üçün kifayətdir.


Buxar çıxışları sayı

Dabanda yerləşən buxar çıxışları sayı da önəmli detaldır. Buxar verən çıxış sayı artdıqca qırışların açılması bir o qədər asanlaşır və ütüləmə rahat bir prosesə çevrilir.

Vestel Kehribar ütülərdə 51 buxar dəliyi var. Bu say rahat ütüləmək üçün yetərli saydır.


Avtomatik sönmə

Vestel Kehribar ütülərində yer alan “Avtomatik sönmə” funksiyası sizi bədbəxt hadisələrdən sığortalaya bilər. Tələsdiyiniz anda ütünü cərəyandan ayırmağı unutsanız belə, Kehribar 10 dəqiqə sonra avtomatik sönür, sizi təhlükədən azad edir.


Ərpdən qoruyan bölmə

Bir çox ütülərdə rast gəlinən ərp bağlamaq probleminə Vestel Kehribar ütülərində rastlanmaz. Ərpə qarşı yaradılmış xüsusi bölməni ütünü istifadə etmədən əvvəl 10 dəqiqə suda saxlayın və yerinə yerləşdirib işə başlayın. Bu prosesi hər istifadədən əvvəl təkrarlasanız, ərp yaranmaz. Ütüdə ərpə qarşı qoruyucu mexanizmin olması onun uzun illər eyni keyfiyyətlə işləməsi baxımından önəmlidir.


Ağıllı V-MOD texnologiyası

Bu texnologiyaya sahib ütülər parçanın növünə əsasən istilik və buxarı avtomatik təyin edir. Vestel Kehribar ütülərində də yer alan V-MOD minimum enerji xərcləyərək ən çətin qırışıqların öhdəsindən qısa müddətdə gəlməyə kömək edir və ütüləmə prosesini sürətləndirir.


Özünü təmizləmə

Vestel Kehribar ütülərində xüsusi “Özünü təmizləmə” funksiyası var. Siz ütünün üzərindəki və tutacağın altındakı düyməni eyni anda sıxmaqla bu funksiyanı işə salmış olacaqsınız. Düymələri sıxmazdan əvvəl ütünün altına dəsmal və ya boş bir qab yerləşdirin və ütünü yuxarıda saxlayın. Ütü özünü təmizləyərkən xaric olan su ətrafı çirkləndirməməsi üçün bu tədbiri almalısınız.


Adi ütü, yoxsa buxar qazanlı?

Əgər çox paltar ütüləyirsinizsə, rahatlıq baxımından buxar qazanlı ütülərə üstünlük verməyinizi tövsiyə edirik. Ancaq az paltar ütüləyənlərdənsinizsə, sizə adi ütü kifayətdir.

Buxar qazanlı ütülər gec isinməsi və çətin daşınması baxımdan bir çoxları tərəfindən sevilməsə də, Vestel bu mifi məhv etməyə hazırdır. Vestel Kehribar ütüləri xüsusi kilid hissəsi sayəsində asanlıqla daşınır, üstəlik cəmi 1 dəqiqəyə buxar funksiyası hazır olur. Bundan başqa, su əlavə etmək üçün olan bölməni çıxarmağa ehtiyac olmadan su doldurmaq mümkündür.


NanoCeramic Daban

Geyimlər üzərində mükəmməl şəkildə hərəkət qabiliyyəti verən NanoCeramic daban aşınmaya müqavimətli örtüyü sayəsində minimum enerji xərcləyərək maksimum perfomans göstərir. Həm geyimlərin zərər görməməsi, həm vaxta qənaət, həm də mükəmməl nəticə üçün seçim edərkən bu xüsusiyyətə diqqət etməyi tövsiyə edirik.

Vestel Kehribar ütülərinin Kehribar 5100 və Kehribar 5000 modellərində NanoCeramic daban üstünlüyü var.

Vestel ütülərlə ətraflı tanışlıq üçün bu linkə klikləyə bilərsiniz.


Düz formada ütüləmə

Vestel Kehribar ütülərinin bir başqa xüsusiyyəti düz formada ütüləmədir. Bu xüsusiyyət pərdə və digər uzun parçaları ütüləyərəkən işinizi xeyli asanlaşdırır. Əgər pərdəni ütü masasında ütüləməli olsanız, sonradan yaranacaq fiziki ağrılarla üzləşəcəksiniz.

Vestel ütülərlə 15 sm məsafədən ütüləmə prosesini asanlıqla həyata keçirə bilərsiniz. Bu versiya sizə rahat olarsa, bütün geyimləri bu formada ütüləyə bilərsiniz.


Parça növünə uyğun rejimlər

Hər kəsin istəyi geyimlərin zərər görməməsi və uzunömürlü olmasıdır. Bu səbəbdən geyimləri ütüləyərkən parça növünə uyğun rejimi seçməyə diqqət edin. Alacağınız ütüdə bir çox parça növünə uyğun rejim olmasına diqqət edin.

Qeyd etdiyimiz xüsusiyyətlərdən sizə uyğun olanları təyin edərək ehtiyacınız olan ütü növünü asanlıqla tapa bilərsiniz.

Vestel ütü növləri ilə tanışlıq üçün bu linkə keçid edə bilərsiniz.