0


Sevginiz kimi aydın: Vestel’in Dolby Atmos və Dolby Vision texnologiyalarına sahib televizorlar ilə Sevgililər Günündə izləyə biləcəyiniz romantik filmlər.

Ətrafı sevgi-məhəbbət ab-havası bürüyüb, elə deyilmi? Əgər hələ də bir plan qurmamısınızsa sizə tövsiyəmiz sevgilinizlə birgə romantik kino axşamı keçirməkdir. Bunun üçün hətta bayrama uyğun kinolarda seçmişik!



Notebook (2004)

Əlbəttə ki, siyahımıza artıq klassikaya çevrilmiş “Notebook” kinosundan başlamaq qərarına gəldik. Bu, müxtəlif sosial təbəqələrdən olan bir oğlan və bir qız arasındakı

münasibətin hekayəsidir. Unudulmaz yay tətili yaşayan Noah və Ellini əvvəl valideynləri, sonra isə İkinci Dünya Müharibəsi ayırır. Bu qədər çətinliyə onların qarşılıqlı sevgisi

qalib gələ biləcəkmi?



My best friend’s wedding (1997)

Tələbəlik illərindən bəri yaxın dostlar Julianne Potter və Michael O'Neal maraqlı bir razılığa gəlirlər: əgər 28 yaşına kimi ailə qurmasalar, bir-birləri ilə evlənəcəklər. Michael başqa biri ilə ailə qurmağa hazırlaşarkən, Julianne razılığı xatırlayıb dostunu geri qazanmaq üçün əlindən gələn hər şeyi etməyə çalışır...


Amelie (2002)

Necə ki, bir kəpənəyin uçuşu hardasa uzaqlarda güclü qasırğaya səbəb ola biləcəyi kimi, öz fantaziyalarının aləmində yaşayan sakit, tənha qızın qəribə və ilk baxışda anlaşılmaz hərəkətləri də tamamilə fərqli insanların həyatını həmişəlik dəyişdirib, onlara xoşbəxtlik bəxş edə bilər. Bu qızın adı Amelidir.



Before Sunrise (1995)

Cessi qatarda Selinlə tanış olur. Onlar dərhal ümumi söhbət mövzuları tapırlar və Cessi Selinə qalan günü də birlikdə keçirmək üçün Vyanaya onunla yola düşməyi təklif edir, çünki sabah o, evinə - ABŞ-a uçmalıdır. Həmin gecə bir möcüzə baş verir, kişi ilə qadın arasında o qədər güclü bir sevgi yaranır ki, qalan hər şey əhəmiyyətini itirir.



Notting Hill (1999)

Hekayə Londonun məşhur rayonlarından biri olan Notting Hill-də yerləşən kitab mağazasının sahibi haqqındadır. Bir gün kino ulduzu bələdçi kitab almaq üçün mağazaya gəlir və bu görüş hər iki qəhrəmanın həyatını tamamilə dəyişir.

Vestelin Dolby Atmos və Dolby Vision texnologiyalarına sahib televizorların yüksək səs keyfiyyəti sayəsində isə bu kino axşamı özünüzü kinoteatrda hiss edəcəksiniz..

Yalnız sizin ikiniz üçün olan bu xüsusi kinoteatrda hər birinizə xoş seyrlər diləyirik!