0

Sağlam qidalanaraq immunitetimizi gücləndirək!


Soyuq havalarda hamımızın immuniteti zəyifləyə bilər, hələ ətrafda bu qədər virus və xəstəliklər gəzərkən..

İmmunitetin zəifləməsinin əsas səbəblərindən biri isə qeyri-sağlam qidalanmadır. Bu gün sizə immuniteti gücləndirmək üçün bəzi tövsiyələr verəcəyik:

-              Sağlam və keyfiyyətli qidalanmağa üstünlük vermək;

-              Yuxu rejimini qaydaya qoymaq (7-9 saat yatmaq lazımdır. Lakin 6 saatdan az, 11 saatdan çox yatmaq da yaxşı deyil);

-              Fast Food-dan bacardığınız qədər uzaqlaşmaq;

-              Müntəzəm olaraq idmanla məşğul olmaq;

-              Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək;

-              Bol-bol su içmək;

-              Pis vərdişlərdən uzaq olmaq;

-              Və əlbəttə ki, mümkün qədər əsəb və stressdən uzaq olmaq lazımdır.

 

Vestel Mix&Go blenderi ilə hazırlaya biləcəyiniz və sağlam qidalanmanız üçün bol vitaminli və faydalı smuzi reseptini paylaşırıq.

Sizə lazım olacaq:

-          1 orta banan

-          ½ fincan dilimlənmiş çiyələk və ya böyürtkən (və ya başqa giləmeyvə)

-          ¼ fincan qatıq və ya sadə yoqurt

-          1 xörək qaşığı badam yağı

-          ½ fincan ispanaq

-          ½ fincan şəkərsiz badam südü

-          1-2 reyhan yarpağı, 2-3 nanə yarpağı və ya 1/2 çay qaşığı soyulmuş, doğranmış zəncəfil (istəyə görə)

 

Blenderə banan, çiyələk (yaxud böyürtkən və ya digər giləmeyvə), qatıq, badam yağı, ispanaq, badam südü və reyhan (və ya nanə və zəncəfil) əlavə edin, hamarlanana qədər gözləyin. Və budur – faydalı smuziniz hazırdır!

Bol C vitaminli smuzi üçün isə sizə lazım olacaq:

-          1 kök

-          1 portağal

-          Yarım limon suyu

-          Darçın

-          1 stəkan portağal suyu

-          2-3 nanə yarpağı

Əvvəlcə kökü yumşaltmaq üçün ocaqda 3-4 dəqiqə suda qaynadın, sonra doğrayın, sonra portağalı doğrayın və bütün ərzaqları blenderə əlavə edin. C vitamini ilə bol smuzi immunitetinizə müsbət təsir göstərəcək. Nuş olsun!