0



                                                   Qənaətə mətbəxdən başla.

Gəl 2022-ci ili qənaət ili elan edək! Resurslardan düzgün istifadə, israf qarşısını almaq, vaxta və pula qənaət etmək üçün kiçik addımları birlikdə izləyək.


Biz hər sahədə tövsiyələrimizi səninlə bölüşəcəyik. Bu gün seçdiyimiz mövzu isə enerjiyə qənaət üçün soyuducudan effektiv istifadədir.




Ehtiyaca uyğun soyuducu seçmək

Böyük həcmdə soyuducu alırsansa, içini tam doldurmalısan. Əks halda boş qalan hissələr əlavə enerji sərfiyyatına səbəb olur.


Soyuducunun yerləşdirilməsi

Soyuducunu soba, radiator, bişirmə paneli və qabyuyan kimi istilik qaynaqlardan uzaq tutduqda enerji sərfiyyatı 10-15% azalır.

Soyuducu ilə divar arasında minimum 10 sm məsafə olmalıdır. Bu halda istilik alış-verişini rahat şəkildə edə bilir.


Yeməklərin soyuducuda saxlanması

Yeməkləri soyuyandan sonra soyuducuya qoyun. İsti halda yerləşdirdikdə soyuducu onları soyutmaq üçün əlavə güc sərf etməli olur.


Qapıların açıq qalması

Qapıları tez-tez və uzun müddət açıq saxlayanda soyuducu daxili temperaturu hər dəfə tənzimləməli olur. Ən çox istifadə olunan qidaları qapılara yerləşdirərək bu müddəti qısalda bilərsən.


Xüsusi funksiyalardan istifadə

Soyuducunu az istifadə etdikdə “Ekonom rejimi”, evdə əyləncə olanda “Parti rejimi”, səyahətdə olanda “Tətil rejimi” seçməklə qənaət edə bilərsən.


Bu 3 funksiyanı özündə birləşdirən Vestel NFC691EX A+ modeli ilə tanış olmaq üçün  bura   kliklə

Buzları özü həll edən “Ağıllı Defrost” sistemi, ərzaqları uzun müddət təzə saxlayan “Fresh Zone” bölməsi, vaxta qənəat etdirən “Sürətli soyutma” və “Sürətli dondurma” funksiyalı Vestel NFC655EDX A+ Ion bura   kliklə.


Soyuducunun üstünü örtmək

Üzəri örtülmüş və ya əşyalarla dolu soyuducunun iş performansı aşağı düşür. Çünki bu halda sirkulyasiya çətinləşir.

Yeni soyuducu seçmək

Soyuducu seçərkən enerji sinfinin “A” və daha yuxarı olmasına diqqət et. “A” enerji sinfi soyuducular nisbətən yüksək qiymətə olsa da, illərlə istifadəni düşünəndə az enerji sərfiyyatı ilə qənaətə fürsət yaradır.


Sənə uyğun Vestel soyuducunu seçmək üçün:

https://vestel.az/boyuk-meishet/soyuducular


Qənaətli yaşam və büdcənin düzgün idarəsi üçün bu detallara diqqət etmək kifayətdir. Nəticəni ayın sonunda özün də görəcəksən.