0


Payızda saçlara qulluq

Saçlarımızın hər fəsildə sağlam və parlaq görünməyini istəyirik, ancaq bunun üçün saçlara qulluğun mütləq olduğunu unuduruq.

Əvvəlcə onu qeyd edək ki, saçlara qulluq hər fəsildə aparılmalıdır. Fəsil dəyişdiyi dövrlərdə - xüsusilə yay bitəndə günəş, dəniz suyu, hovuzdakı xlor və tez-tez şampun istifadəsi saçlara zərər vermiş olur. Bu baxımdan həmin dövrlərdə saç qulluğuna xüsusi diqqət etmək vacibdir.

Səninlə bölüşəcəyimiz maskanı evdə rahatlıqla hazırlayaraq saçlarına əvvəlki gücü yenidən qaytara bilərsən!


Məhsullar:

- 1 və ya 2 yumurta (saç uzunluğuna əsasən)

- 2 yemək qaşığı qatıq

- Bir qaşıq bal

- Bir qaşıq bitki yağı (zeytun yağı, kokos yağı və ya arqan yağı)


Hazırlanması:

• Bütün məhsulları bir qabda yaxşıca qarışdırıb saçına kökdən uca doğru tətbiq et.

• 30 dəqiqə - 1 saat saçında saxla.

• İlk addımda şampun istifadə edərək ilıq su ilə yu, sonra balzam tətbiq et.


Faydası

Yumurta vasitəsilə saç itirdiyi proteini bərpa edir, qatıq vasitəsilə isə nəm qazanır. Bal parlaqlıq yaradarkən, bitki yağları həm nəm və parlaqlıq verir, həm də saç tellərini qoruyur.


Fen seçimi

Bundan əlavə düzgün feni seçsən, saçların payızda elektriklənməz və gözoxşayan görünər. Bunun üçün Vestel hava fenləri var! 

AC motorlu hava feni Vestel Lilyum Pro ion texnologiyası sayəsində saçların elektriklənməsinə mane olur, payızda da gözəlliyinlə valeh etməyinə fürsət yaradır.


Vestel hava fenləri ilə tanış olmaq üçün bura kliklə.