0


Paltarqurudan maşınlar zamanla hər evin məcburi ehtiyacı halına gəlməyə başladı. Paltar asmağa uyğun olmayan və ya icazə verilməyən balkonlar, dəyişən hava şərtləri, evin içində qurudulan paltarların nəm yaratması və başqa səbəblər paltarqurudanlara marağı daha da artırır.

Bəs paltarqurudan seçərkən hansı özəlliklərə əsasən seçim edilməlidir?

- Qurutma növü

- Baraban həcmi və proqramlar

- Enerji sinfi

- Əlavə üstünlüklər


Qurutma növü

Paltarqurudanlarda qurutma sistemi bir neçə növə bölünsə də, biz sizə isidici pompalı növləri məsləhət görürük. İsidici pompalı paltarqurudanlar isti havanı maşının içindəki komprosessor və isidici pompa vasitəsilə yaradır. Bu növdə isidici əvəzinə komprosessorun olması enerji sərfiyyatını azaldır və digər növlərlə müqayisədə daha az xərcə səbəb olur.


Baraban həcmi

Ehtiyaclarınıza uyğun geniş tutumlu baraban seçsəniz belə maşını bütöv yükləməyin. Nəzərə alın ki, paltarların quruması üçün müəyyən boş sahəyə ehtiyac var. Yaş geyimlər az yer tutsa da, quruduqca yer onlara dar gəlməyə başlayacaq və quruma keyfiyyəti aşağı düşəcək. Bu səbəbdən barabanı tam doldurmamağa çalışın.


Enerji sinfi

Son dövrlərin ən populyar mövzusu olan enerji sərfiyyatına paltarqurudan alarkən də diqqət etmək lazımdır. A enerji sinfinə məxsus paltarqurudan seçmək məsləhətdir. Enerji sinfi yüksək olduqca (hərfin qarşısındakı + işarələri artdıqca) xərclər avtomatik olaraq azalır və büdcənizə qənaət etmiş olursunuz.

Məlumat üçün qeyd edək ki, məhsulun enerji sinfi A-dan sonrakı hərflərlə göstərildikcə enerji sərfiyyatı bir o qədər artır. Məsələn, B və C enerji sinifli məhsullar A enerji sinfi ilə müqayisədə daha çox enerji sərf edirlər.


Xüsusi proqramlar

Geyimlərin uzunömürlü olması düzgün yuma və qurutmadan birbaşa asılıdır. Bu baxımdan, paltaryuyan və paltarqurudan seçərkən hər geyimə uyğun proqram olan növlərə üstünlük verməyə çalışın. Yun, sintetik, pambıq və başqa proqramlardan düzgün istifadə etməklə geyimlərin ilk gündəki keyfiyyətini qoruya bilərsiniz.


Inverter motor

Inverter motor uzunömürlü perfomans, daha az enerji sərfiyyatı və səssiz işləməsi ilə digər motorlardan üstündür. Vestel paltarqurudan modellərində istifadə olunan texnologiya qənaət, rahatlıq və uzunmüddətli istifadəni əlçatan edir.


Havalandırma

Vestel paltarqurudanlar geyimləri qurutmaqla kifayətlənmir, havalandırma funksiyası ilə onların təzələnməyinə şərait yaradır. Havalandırma funksiyası təmiz geyimlərə hopan yemək, siqaret və digər pis qoxularla effektiv mübarizə aparır.


Xüsusi qarışdırma mexanizmi

Dar məkanda bütün geyimlərin eyni anda qurumasının daha çox qırışıqlığa səbəb olduğunu düşünə bilərsiniz. Vestel bu mifə meydan oxumağa hazırdır. Xüsusi qarışdırıcılar, yumşaq keçidli fərqli dizayn və həcmli forması sayəsində Vestel paltarqurudanlar geyimləri önə doğru gətirərək qat izi buraxmadan professional şəkildə qurudur.


Seçim məqamları barədə kifayət qədər məlumat əldə etdinizsə, bu yazıya klikləyərək paltarqurudan modellərindən sizə uyğun olanı seçə bilərsiniz.