0


Elektronik cihazlar gündəlik həyatımızda vacib yer tutur. Hər evdə istirahətin ayrılmaz parçası olan televizorları burada xüsusi qeyd etmək lazımdır.

Uzunmüddətli istifadə üçün nəzərdə tutulduğundan televizor seçərkən istəklərimizə tam uyğun olmasına diqqət etməliyik. Bu səbəbdən seçim edərkən bütün xüsusiyyətləri diqqətlə incələmək lazımdır.


Televizoru ən çox hansı məqsədlə istifadə edəcəksiniz?


Əyləncə: Əgər televizoru əsasən filmə baxmaq üçün istifadə edəcəksinizsə, görüntü keyfiyyəti yüksək modellərə üstünlük verməlisiniz. UHD (Ultra High-Definiton) və OLED üstünlüklü televizorlar sizin üçün ideal seçim ola bilər.

İş: Televizoru iş görüşləri üçün və ya elə ofisdə istifadə üçün alırsınızsa, naqilsiz əlaqələri ehtiyaclarınıza cavab verəcək modellərə üstünlük verməlisiniz. Bu sayədə televizoru kompüter kimi istifadə edə biləcəksiniz.


Hansı ekran keyfiyyətli televizor sizə tam uyğundur?


LED TV: Bu gün bazarda LED TV-lərə xeyli tələbat var. Görüntü panelin arxasında yerləşən LED-lər vasitəsilə əks olunur və bu xüsusiyyət enerji qənaətinə səbəb olur.

OLED: OLED televizorlar yüksək qiymətləri ilə seçilsələr də, buna qarşılıq xüsusi parametrlərə sahibdirlər. Yüksək kontrast, parlaq rəng çalarları, xüsusi incəliyə sahib dizaynla hər kəsi məmnun etməyə qadirdirlər.


Düzgün ekran ölçüsü necə seçilməlidir?

Televizorun ekran ölçüsünü təyin etməzdən əvvəl otağın böyüklüyü, televizorun yerləşəcəyi məkan və izləmə məsafəsi diqqətə alınmalıdır. Cədvəldən istifadə edərək düzgün ölçünü təyin edə bilərsiniz:

Ekran ölçüsü: 55" 65"   75"  85"
İzləmə məsafəsi:    1.7m   2m   2.5m   3m


HD, Full HD, yoxsa 4K UHD?


HD kiçik ekranlı televizorlardakı 720 piksellik görüntü keyfiyyətidir, bu günlərdə aşağı tələbat görür.

Full HD 1080 pikselə sahib görüntü keyfiyyətidir. Bu görüntü keyfiyyəti HD televizorlarda ən çox istifadə olunandır.

4K UHD bazardakı ən yeni və kifayət qədər yüksək görüntü keyfiyyətinə sahib texnologiyadır. Bu xüsusiyyətli televizorlar çox dəqiq və detallı görüntü keyfiyyəti ilə hər kəsi təəccübləndirməyi bacarır.


Proqram təminatı

Bütün smart texnologiyalarda olduğu kimi televizorlara da proqram yeniləmələri göndərilir. Bu yeniləmələr məhsulun performansını artırmaq, yeni funskiayalardan istifadəyə fürsət yaratmaq və s. məqsədlidir.


Smart TV

Smartfonlardan sonra bazara çıxan smart tv-lər bir çox xüsusiyyətə malikdir. Smart TV vasitəsilə internetə qoşula, virtual klaviatura vasitəsilə bir çox sosial media platforması, Youtube və Netflix kimi proqramları istifadə edə bilirsiniz. 3D və 2D kimi seçimləri olan Smart TV-lər USB və HDMI girişləri yardımı ilə film və videoları izləməyinizə şərait yaradır.

Smart TV alırsınızsa, istehsalçı tərəfindən göndərilən yeniləmələri vaxtında yerinə yetirməyinizi tövsiyə edirik. Yalnız yeni funksiyalardan istifadə üçün deyil, yaranan bəzi problemlər də həmin yenilənmələr sayəsində həll ola bilir.

Smart TV seçərkən dəstəklədiyi özəlliklərə mütləq diqqət edin. Sizin istəklərinizi qarşıladığına əmin olduqdan sonra seçiminizi rahatlıqla edə bilərsiniz.


Android TV

Androit TV-lərdə eynilə telefonda olduğu kimi “Google Play Store” vasitəsilə müxtəlif tətbiqetmələri yükləyə, hətta oyun oynaya bilərsiniz.

Vestel Android TV ilə tanışlıq üçün linkə keçid edə bilərsiniz:

https://vestel.az/tv-ses/televizorlar


Əlavə üstünlüklər


İstirahətinizi ürəyinizcə etmək üçün istəklərinizə uyğun əlavə üstünlüklər olan modelləri seçə bilərsiniz. Sizə bir neçə Vestel TV özəlliyini misal gətirə bilərik.

Micro Dimming

Bu texnologiya paneli piksel sayını müəyyən kiçik hissələrə bölərək hər bir bölgəyə düzgün kontrast dəyəri verir, daha yaxşı kontrast və canlılığı təmin edir.

VESTEL Kvant Rəng Paleti

Bu texnologiya sayəsində Vestel TV-lərdə ən incə detallar belə önə çıxır və daha rəngli görüntü keyfiyyəti yaranır. Məhsulların yaşıl və qırmızı rəng performansını artırır, daha rəngli və canlı görüntü təqdim edir.

Dolby Vision

Dolby Vision texnologiyası 12 bit rəng və 10.000 nitə qədər rəng parlaqlıq üstünlüyü ilə seçilir. Nəticədə, standart teelvizorda görünməyəcək rənglər televizorda canlanır. Möhtəşəm kontrast sayəsində bütün detallar tam şəkildə ortaya çıxır.

Super Motion Rate

Üstün panel yeniləmə sürəti, arxa plan parlaqlığı və Pixellence texnologiyasıyla birləşdirənSuper Motion Rate (SMR) hərəkətli görüntü keyfiyyətini ən yüksək həddə çatdırır.


Hertz dəyəri

Biz fərqində olmadan televizordakı səhnələr davamlı yenilənir. Ekranda görüntünün yenilənməsi hertz dəyəri ilə ölçülür.

Hertz dəyəri televizordakı görüntünün saniyədə neçə dəfə yeniləndiyini və eyni anda neçə fərqli kadr göstərə bildiyini bildirir. Məsələn, 50Hz bir televizor saniyədə 50 kadr göstərməyə qadirdir.


Bağlantı növləri ve girişlər

Hər kəs geniş imkanlara sahib televizor almaq istəyindədir. Bu səbəbdən, seçim edərkən onda yer alan bağlantı növləri və girişlər barədə də ətraflı məlumat əldə etməyə çalışın.

Televizorun HDMI və USB giriş sayı, Bluetooth, Wi-fi kimi funksiyalarından xəbərdar olun. Təsəvvür etdiyiniz istirahət zövqünü sizə təqdim edə biləcəyindən əmin olun.


Servis şərtləri və qarantiya

Yeni məhsul aldıqda mütləq diqqət edilməli mövzulardan biri də qarantiyadır. Şirkət məhsuluna qarantiya verirsə, deməli, təklif etdiyi məhsuldan əmindir. Eyni şəkildə ehtiyac olduqda sizə servis dəstəyi göstərilməsi də önəmlidir. Bəzən istifadədən sonra fərqinə varılan hansısa problem üçün müraciət etdiyinizdə dəstək ala bilməlisiniz.


Tətbiqlərdən istifadə

Bu həyatı filmsiz təsəvvür etməyənlər və ya hər gününü musiqi ilə keçirənlər bu zövqləri televizorlarına da rahatlıqla daşıya bilərlər. Belə ki, Vestel Smart TV-lər bir çox tətbiqi istifadə etməyinizə şərait yaradır.

İstər Netflix-i açıb serialınızı, istər Youtube-u açıb musiqiləri, istər də sevimli oyununuzdan Vestel TV keyfiyyəti ilə zövq ala bilərsiniz. Bu üstünlüklərdən faydalanmaq üçün televizor seçərkən bu xüsusiyyətə diqqət edə bilərsiniz.

Evinizə uyğun xüsusiyyətləri təyin etdinizsə, linkə keçid edərək uyğun Vestel televizoru dəyərləndirə bilərsiniz:

https://vestel.az/tv-ses/televizorlar