0

                               

                                   Cəlbedici süfrə üçün addım-addım təlimat

Gözəl tərtib edilmiş süfrə qonaqlara hörmət əlaməti, şən ab-hava yaratmağın yolu və ev sahibinin zövqünün göstəricisidir.

Buna görə biz də sənin üçün özəl qonaqlıqlarına gözəl masa hazırlamağa kömək edəcək əsas bilikləri topladıq. Bloqumuzda süfrə hazırlayan zaman əməl etməli olduğun addımlarla tanış olacaqsan. Bu qaydalar romantik axşam yeməklərindən bayram süfrələrinə qədər istənilən xüsusi səbəbdə sənə yardımçı olacaq.

Günün vaxtından, mövzudan və menyudan aslı olmayaraq dəyişməyən məqsədimiz var - qabları və bıçaqları rahat və xoş formada düzmək.


İlk addım: süfrə seçimi

Ağ süfrə təmizlik və təmtəraqı təmsil edir. Bayram ab-havası yaratmaq üçün ağappaq, ütülənmiş süfrə kifayətdir. Əgər seçimin naxışlı süfrədən yanadırsa, onu boşqablarının naxışlarına uyğun seçməyin məsləhətlidir. Süfrənin sallanan hissəsi 20-30 sm aralığında olmalıdır. Bu hissə qısa olsa pis görünə, uzun olsa masa arxasında əyləşənlərə mane ola bilər.


İkinci addım: süfrə düzümü

Ənənəvi qaydalara görə bir qonağın qabağında bir neçə boşqab olmalıdır. Altda ən böyük boşqabı, üzərində qəlyənaltı boşqabını və şorba üçün dərin qabı yerləşdir.

Yemək zamanı boşqabların sürüşməyinin qarşısını almaq üçün onların aralarına kağız və ya tekstil salfet qoymağı unutma.

Süfrə düzümündə desert və çörək boşqabını sol tərəfdə saxlamağa çalış.


Üçüncü addım: çəngəl-bıçaq düzümü

Süfrə ləvazimatlarına keçək bilərik. Düzgün qayda belədir: bıçaq və qaşıqlar boşqabın sağında, çəngəllər isə solda. Desert qaşığını boşqabın üst hissəsində, sapı sağa doğru qoy. Yağ bıçağını çörək boşqabına əlavə edə bilərsən.


Dördüncü addım: Qədəh düzümü

İndi isə badələri yerləşdirmək zamanıdır. Qədəh düzümündə bu qaydaya riayət et: böyükdən kiçiyə, boşqabın sağından sola doğru.

Badələr yeməklərə uyğun şəkildə su üçün olandan şərab üçün olana qədər sıralanır. Onlar yeməklərin verildiyi ardıcıllıq ilə düzülür.

Müxtəlif içkilər üçün badələrin yoxdursa, su və meyvə şirəsi üçün bir cüt stəkan masanı zərif etmək üçün kifayətdir.


Beşinci addım: salfet seçimi və düzümü

Kağız salfetlər yerinə parça olanlara üstünlük ver. Çünki bu, zövqlü süfrə düzümü üçün vacib qaydadır. Nahar və şam yeməyi üçün dörd yerə qatlanmış salfet sola qoyulur.


Son addım: kiçik əlavələr

Son olaraq isə detallar əlavə edə bilərsən. Bu addımda çiçəklər və şamlar ilə öz daxili dünyanı aşkara çıxar və hər kəsi heyran qoyacaq süfrəni hazırla.

Hər şey sənin əlindədir!


Sənə son tövsiyəmiz

Bilirik, hər kəsi heyran qoyan nahardan geriyə bir qədər çirkli qab qalacaq. Bu anda sənə Vestel D 462 qabyuyanı kömək edəcək.

Qablarını cızmadan və sürətlə yuyan Vestel qabyuyanla yaxından tanışlıq üçün linkə kliklə:

https://vestel.az/boyuk-meishet/qabyuyanlar/solo-qabyuyanlar/Qabyuyan-vestel-d-462