0



                                         Bu yay nələr dəbdə olacaq?

Dəniz, günəş və rəngarəng çiçəklərin zərif ətrini hiss edirsən? Bu, yalnız bir şeyi ifadə edə bilər: yay gəlib və qarderobu yeniləməyin əsl vaxtıdır. Bu mövsüm trendlərə uyğunlaşmaq istəyənlər, yaxın əyləşin.

Mövsümün dəbli rəngləri


2022-ci ilin yay rəngləri artıq müəyyənləşib. Klassik yay rənglərindən başqa bu il hər kəsə özəl rəng var.

Rəngarəng yaya hazırsan? Çünki bənövşəyinin müxtəlif tonlarını tez-tez görəcəksən. Ekspertlər bu rəngin yaya “qayğısız inam” və “cəsarətli təcrübə” qatacağını deyir.

Əgər pastel tonlarını sevirsənsə, lavanda rəngi tərzinə optimist və sakitləşdirici ab-hava qatacaq. Bu rəng cins şalvarlar və şortlar ilə risksiz dəb vəd edir.

Yaşıl bu mövsüm də qarderobların sevimlisidir. Sən də bənövşəyi rəng ilə uyğunlaşdırılmış yaşıl geyimləri görmək üçün səbirsizlənirsən?


Son dəb trendləri


Günlər uzanır, gecələr isə qısalır. Gediləcək yerlər, görüləcək insanlar çoxdur. Buna görə də hər zaman şık görünməliyik. 2022-ci ilin son dəb trendlərini nəzərdən keçirək. Populyar serialların təsiri yay trendlərində də özünü göstərəcək. Buna ən bariz nümunə pastoral üslubda olan köynəklər və paltarlardır. Büzməli tül, retro biçimli qollar və təbiəti xatırladan dizaynı ilə “Cottagecore” tərzi yayın əvəzedilməzlərindən olacaq.

Keçmişdən bu günə qədər gəlib çıxan dəb dalğası bizə “deja vu” yaşadacaq. 70-ci və 90-cı illərin tərzi qarderoblarımızda yenidən canlanmağa hazırlaşır. Düz eşitdin! Millenium dəbindən kəpənəkli köynəklər, mini ətəklər ilə uyğunlaşdırılmış futbolkalar və aşağı belli şalvarlar yay mövsümündə öz yerini alacaq.

Hər zaman dəbdə olan incə metal, gümüş və qızıl zinət əşyaları ilə yanaşı, iri və daşlı bijuteriyalar da bu ilin əsas trendlərindəndir. Belə aksesuarları büzməli ətəklər ilə uyğunlaşdırsan, yayın nəbzini tutmuş olacaqsan.


Mövsümün rəngarəng geyimlərini Vestel-ə əmanət et!

Bu yayı ən dəbli və rəngli geyimlər ilə ürəyincə keçir, təmizliyi isə rahatlıqla Vestel WB 814G (https://vestel.az/boyuk-meishet/paltaryuyanlar/Paltaryuyan-Vestel-WB-814G) paltaryuyan maşınına əmanət et.