0

Bizi ilhamlandıran qadınlar


Bu gün bizi ilhamlandıran istedadlı xanımlarımız haqqında danışacağıq.

Onlar öz nailiyyətləri ilə başqalarını ruhlandırıb, gələcək nəsillərin öz güclərini mənimsəmələrinə yol açıblar. Onların yaradıcılıqları və istedadı həyatın hər sahəsində qadınların böyük potensialını nümayiş etdirir.



Xurşidbanu Natəvan — XIX əsr Azərbaycanın görkəmli şairəsi və sonuncu Qarabağ xanının qızı idi. Xurşidbanu Natəvan yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, əlyazma şəklində yayılmışdır. Xurşidbanunun şeirlərini məzmun cəhətdən dörd qismə ayırmaq mümkündür: aşiqanə şeirlər, təbiətin gözəlliyinə həsr edilmiş şeirlər, müasirlərinə yazdığı mənzumələr və hüznlü şeirlər.


Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!


Səni gülşən əra aşuftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!




Qeysər Kaşıyeva - rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir. Yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi tədbirlər üçün fərqli afişalar tərtib etmişdir. 1907–1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir. Sovet hakimiyyəti illərində isə qadınlar klubunda çalışmış, "Şərq qadını" jurnalına bir çox illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Bu gün təsviri sənətin rəngkarlıq və qrafika sahəsində etdiyi işlər bir çox qadına ilham verməyə davam edir.




Qəmər Almaszadə - Azərbaycanın ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ xalq artisti. 1930-cu ildə Qəmər Almaszadə xoreoqrafiya məktəbini bitirib Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbinə də daxil olur. 1932-də Reynhold Qlierin "Şahsənəm" operasında ikinci dərəcəli rola seçilir. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində Qəmər xanım ilk rəqs dərsini deyir. Daha sonra isə həmin məktəbin direktoru vəzifəsində işləyir. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletində ilk peşəkar çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış etmişdir. 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.


Əziz və dəyərli xanımlar, hər zaman ürəyinizin səsini dinləyin. Həyatınızı asanlaşdıran Vestel köməkçiləri ev işlərini görsün, siz isə yaradıcılıqla məşqul olun!