0



                                     İzləməyə dəyən 7 Netflix filmi

Kinomanlar üçün əsl cənnət olan Netflix saysız-hesabsız filmlərlə doludur. TV kanalları geridə qoyan bu platformada janrından asılı olmayaraq, milyonlarla izləyicinin zövqünə xitab edən müxtəlif filmlər mövcuddur. Bəlkə də gözündən yayınmış, amma izləməyə dəyən və maraqlı 7 filmdən ibarət Netflix siyahısı hazırladıq. Əvvəlcədən xoş seyrlər!


Paper Lives (Kağızdan Həyatlar, 2021)


Kağız yığaraq satmaqla dolanan və səhhəti getdikcə pisləşən Mehmet zibil qutusuna atılmış balaca bir uşaq tapır. Qəfildən qarşısına çıxan Əli adlı bu uşaq Mehmeti öz uşaqlığı ilə üzləşdirir. Dram janrını sevirsənsə, “Kağızdan həyatlar” filmi zövqünü oxşayacaq.


The Dig (Qazıntı, 2021)


İngilis filmi "Qazıntı" nəhəng malikanədə kiçik oğlu ilə yaşayan varlı və dul bir qadının hekayəsindən bəhs edir. Dul qalmış Edit Preti II Dünya Müharibəsi ərəfəsində öz malikanəsində yerləşən kurqanların qazılmasını xahiş edir. Bu zaman o, Beyzl Braun adlı arxeoloqla tanış olur. Edit Beyzlla birlikdə qazıntı zamanı bəşəriyyət tarixinə təsir edəcək bir kəşf edirlər.


Love and Monsters (Eşq və Canavarlar, 2020)


Canavar apokalipsisindən sağ çıxdıqdan 7 il sonra Coel sevdiyi qadına qovuşmaq üçün rahat yeraltı bunkerini geridə qoyub yeni bir macəraya atılır. Həm gülməli, həm də romantik anlarla dolu olan bu film 2021-ci ildə “Ən yaxşı vizual effektlər” nominasiyası üzrə “Oskar” mükafatına da namizəd göstərilib.


Below Zero (Donma Nöqtəsi, 2021)


İspan filmi “Donma Nöqtəsi” macəra janrındadır. Ssenari polis zabitinin idarə etdiyi məhbus avtobusunun hücuma məruz qalması ilə başlayır. Həddən artıq soyuq temperaturda həm sağ qalmaq üçün mübarizə aparan, həm də məhbuslara nəzarət etməyə çalışan polis zabitinin hekayəsi səni uzun müddət öz təsirində saxlayacaq.


The Shadow in My Eye/The Bombardment (Müharibənin Kölgələri/Bombardman, 2021)


“Müharibənin Kölgələri” real hadisələrə əsaslanaraq çəkilib. Film II Dünya Müharibəsi zamanı bombardman missiyası üçün uşaqlarla dolu bir məktəbin təsadüfən hədəf alınmasından bəhs edir. Beləliklə, bu hadisədən sonra bir neçə Kopenhagen sakininin taleyi toqquşur. Emosional dram janrında olan bu film Danimarka Film Akademiyası tərəfindən “Ən yaxşı vizual effektlər” və “Ən yaxşı qrim” nominasiyaları üzrə “Robert” mükafatına layiq görülüb.


Red Notice (Qırmızı Xəbərdarlıq, 2021)


Həmişə bir addım öndə olan hiyləgər bir qulduru tutmaq üçün dünyanın ən çox axtarılan sənət əsəri oğrusu və FTB agenti ortaq olurlar. Baş rollarında Dueyn Conson, Qal Qadot və Rayan Reynolds olan “Qırmızı Xəbərdarlıq” həm komediya, həm də döyüş janrında film axtarışında olanlar üçün əsl tapıntı olacaq.


The Secret Life of Pets (Ev Heyvanlarının Gizli Həyatı, 2016)


Manhettendə yaşayan Maksın həyatı sahibinin evə Dyuk adlı səliqəsiz iti gətirməyi ilə alt-üst olur. Dyuk və Maksın macəraları xüsusilə heyvansevərlərin və uşaqların ürəyinə yol tapacaq. “Ev Heyvanlarının Gizli Həyatı” ailəvi izləyə biləcəyiniz, komediya janrında olan əla cizgi filmidir. Tövsiyə edirik!


Vestel ilə Netflix həyəcanını doyunca yaşa!

Yüksək səs və görüntü keyfiyyətli Vestel 65U7700T TV (https://vestel.az/4k-uhd-tv/Televizor-Vestel-65U7700T ) ilə kinoteatrı evinə gətir, sevimli film və seriallarını Netflix-də zövqlə izlə!