0

 

                                   İqlim böhranıyla necə mübarizə aparmalı?


Demək olar hər gün televiziya, sosial media və fərqli kanallarda qarşımıza çıxan bu ifadə artıq gündəlik söhbətlərdə də eşidilir: İQLİM BÖHRANI! Təəssüf ki, çoxumuz bu təhlükə ilə ətraflı tanış deyilik. Bu səbəbdən bloqumuzda iqlim böhranı, onun dünyamıza təsiri və həll yolu barədə danışacağıq.


İqlim böhranı və onun səbəbləri

Tarix daim iqlim dəyişikliyinin şahidi olub. Lakin bu proses indiki qədər təhlükəli həddə çatmamışdır. Bu böhranda qlobal istiləşmənin “baş rol”da olduğunu deyə bilərik. Bəs necə oldu hazırkı vəziyyət bu qədər kəskinləşdi? Məsələ budur ki, sənaye inqilabından sonra zavod və fabriklərin sayında kəskin artım baş vermişdir. Bu da öz növbəsində istehsal miqdarını artırmışdır. Artan istehsal həcmi təbii ki, ətraf mühitə təsirsiz ötüşmədi.

Qlobal istiləşmənin bir neçə səbəbi var. Təxmin edə bilərsən ki, insan faktoru da burada özünü göstərir. Atmosferdə Günəşdən gələn istiliyin yeri isidib yenidən yuxarı qalxmasına mane olan bir təbəqə mövcuddur. Yerdəki balanslı tempraturu qoruyub saxlayan bu təbəqənin tərkibindəki əsas element karbon qazıdır. Bəs bu təbəqədə karbon qazının miqdarı artsa, nə baş verər? Düz təxmin etdin, QLOBAL İSTİLƏŞMƏ!

Karbon qazının artması ilə bu təbəqə güclənir və balansın qorunmasına daha çox mane olur. Bu səbəblə də orta temperatur zamanla artmağa başlayır. Bu təbəqədə karbon qazının artmasının bir çox səbəbi var:

- Kömür, neft, təbii qaz kimi yanacaq maddələrinin istehlakı;

- Zavod və fabriklərdən istehsal zamanı havaya yayılan zərərli qazlar;

- Meşələrin qırılması;

- Maldarlığın artırılması;

- Artan insan sayı;

- Ətraf mühitin çirklənməsi.


İqlim böhranına həll yolları

Hər problemin yaratdığı çətinliklər kimi həll yolu da var. Həllə fokuslanan fəaliyyətlərdən öncə bunu bil ki, ən əsas tədbir ətraf mühitə qarşı məsuliyyət hiss etməkdir. Bu məsuliyyət olmadığı təqdirdə digər fəaliyyətlərin həyata keçməsi sual altındadır.

Məyusluqla bildiririk ki, gün keçdikcə ağacların və okean bitkilərinin gedərək azalmasına şahid oluruq. Problemin həllinə gedən yolda meşələrin qırılması və okeanların çirklənməsinə qarşı tədbirlər görmək mütləqdir. Axı onlar bizim oksigen mənbəyimizdir.

Bütün dünyada neft sənayesi, nəzarətsiz heyvandarlıq və s. fəaliyyətlər iqlim böhranı ilə mübarizəni çətinləşdirir. Qlobal iqlim böhranında dövlətlər və böyük şirkətlər mühüm rol oynasalar da, fərdlər düzgün vərdişlər mənimsəyərək müsbət dəyişikliklərə töhfə verə bilərlər.


Vestel məsuliyyəti

Biz də iqlim dəyişikliyini dünyanın gələcəyi üçün böyük risk hesab edirik. Buna görə də bu məsuliyyətini unutmur, üstümüzə düşən vəzifələri uğurla icra edirik. Vestel olaraq iqlim böhranında məsuliyyətimizi problemlə mübarizə aparmaq üçün atdığımız ciddi addımlar ilə göstəririk. Belə ki, istehsal zamanı tullantıların miqdarını, havaya buraxılan zərərli qazların həcmini kəskin şəkildə azaltmışıq və il keçdikə daha da azaltmaqdayıq. Həmçinin tullantıların təkrar istifadəsi ilə də bu prosesə dəstək oluruq.

Sirr deyil ki, təbii ehtiyatların istismarına səbəb olan enerji tələbatıdır. Ətraf mühitə zərər vermədən enerji istehsal etmək üçün enerjidən səmərəli istifadə etmək vacibdir. Ailə büdcəsinə qənaət, təbii enerji ehtiyatlarını qorumaq, məişət elektronikasında enerji səmərəliliyi üçün A və yuxarı enerji sinfi məhsullara üstünlük verin. Biz də Vestel olaraq davamlılıq və səmərəlilik baxımından bu mövzuda sənə köməkçi olacağıq.